#Sahibə Qafarova

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri çərçivəsində sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb. Bildirilib ki, görüşdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) beynəlxalq parlament platforması kimi fəliyyəti, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstin Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb. Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə spiker Sahibə Qafarova səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Söhbət zamanı xalqlarımız arasında ortaq dəyərlər əsasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. Ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyəti, beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin önəmi vurğulanıb. Səfir Əhməd Metani Fələstin xalqına dəstəyi, həmçinin münaqişənin həllində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edərək, müsbət təəssüratlarını bölüşüb.

Parlamentlərarası İttifaqın (IPU) Baş katibi Martin Çunqonqun xahişi və Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarovanın razılığı ilə IPU-nun Azərbaycandan olan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova avqustun 4-də Türkmənistanın Avaza şəhərində keçirilən, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə BMT-nin Üçüncü Konfransı (LLDC3) çərçivəsində təşkil olunan Parlament Forumunda IPU adından məruzə ilə çıxış edib.