Hörmüz boğazında gəmi hərəkətinin artması müsbət addım kimi qiymətləndirilsə də, vəziyyət hələ də kövrəkdir. Müdafiə məsələləri üzrə təhlilçi Aleks Əlfirraz Şir bildirib ki, ABŞ ilə İran arasında uzunmüddətli razılaşma olmadan sabitlik davamlı olmayacaq. Onun sözlərinə görə, dünya ticarəti Hörmüz boğazından sərbəst keçiddən ciddi şəkildə asılıdır. Xüsusilə Qlobal Cənub və Cənub-Şərqi Asiya ölkələri bu marşrutun açıq qalmasına ehtiyac duyur. Hökumətlər yeni reallığa uyğunlaşaraq ticarəti bərpa etməyə çalışırlar. Lakin daimi siyasi həll əldə olunmasa, boğaz yenidən təzyiq vasitəsinə çevrilə bilər. Təhlilçi vəziyyətin hələ tam sabitləşmədiyini vurğulayıb.
#Cənub-Şərqi Asiya
Nəticədə ABŞ Vyetnama 500 mindən çox hərbçi göndərdi
Cənub-Şərqi Asiyada təsirini göstərən Wipha qasırğası Tayland və Laosda daşqınlar, torpaq sürüşmələri və humanitar fəlakətlə nəticələndi. Təbii fəlakət nəticəsində hər iki ölkədə ümumilikdə 11 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və minlərlə ev zərər görüb.
Kosovo Prezidenti Vjosa Osmani ölkəsinin "dəyərli dostu" olaraq xarakterizə etdiyi Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ilə görüşü ilə bağlı açıqlama verib.
Vyetnam möhtəşəm təbiəti, zəngin mədəniyyəti və unikal mətbəxi ilə turistlər üçün cəlbedici bir ölkədir. Amma şəhərlərdə soyğunçuluq və turistlərə qarşı fırıldaqçılıq halları baş verə bilər, ona görə də diqqətli olmaq vacibdir.