#İsrailin Suriya siyasəti 2024-cü ildə necə dəyişir?

İsrail ordusunun Suriyanın cənubunda yerləşən Kuneytra vilayətinin kənd ərazilərində müvəqqəti nəzarət məntəqəsi quraraq evlərə reydlər keçirdiyi bildirilir. Suriya dövlət televiziyası “Əl-İxbariyyə”nin məlumatına əsasən, İsrail hərbçiləri Kuneytra vilayətinin cənubunda yerləşən Ayn Zivan kəndinin girişində müvəqqəti nəzarət məntəqəsi yaradıblar. Məlumata görə, bölgədə reydlər keçirən hərbçilər yaşayış evlərində axtarış aparıb.