#Yəmən böhranı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndə son dövrlər yaşanan hadisələri yaxından izlədiyini bildirir və ölkədəki gərginliyin davam etməsindən ciddi narahatlığını ifadə edib. Rəsmi bəyanatda vurğulanır ki, BƏƏ Yəmən və bölgənin təhlükəsizliyi, sabitliyi və rifahına sadiqliyini qoruyur. Ölkədə mövcud gərginliyin aradan qaldırılması, dialoqun münaqişəyə üstünlük verilməsi və Yəmən xalqı arasında mövcud fikir ayrılıqlarının razılıq və anlaşma yolu ilə həll olunması vacibdir.

Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman Cənub Keçid Şurasını (CKŞ) Yəmənin Hadramaut və əl-Mehra vilayətlərində yerləşən hərbi düşərgələrdən qüvvələrini çıxarmağa və obyektləri sülh yolu ilə “Vətən Qalxanı” qüvvələrinə və yerli hakimiyyət orqanlarına təhvil verməyə çağırıb.

Israil bazar günü Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Hücumlarda 6 nəfərin öldüyü, 86 nəfərin yaralandığı bildirilir. Husilərin idarə etdiyi Əl-Məsirə televiziyasının məlumatına görə, Husi hökumətinə bağlı Yəmənin Səhiyyə Nazirliyi dünənki hücumlarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada, “Düşmən İsrail təyyarələrinin Sənaya hücumları nəticəsində ölən şəhidlərin sayı 6-ya, yaralıların sayı isə 86-ya yüksəlib.“ - deyə bildirilib. Husi hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbahi dünən gecə İsrailin hava hücumları nəticəsində 4 nəfərin öldüyünü, 67 nəfərin yaralandığını açıqlayıb.