#Yəmən münaqişəsi

Birləşmiş Millətlər Təşkilatı İranı Yəməndə vəziyyətin yaxşılaşdırılması və sülh prosesinin irəlilədilməsi istiqamətində BMT-nin rolunu dəstəkləməyə çağırıb. BMT-nin Yəməndə xüsusi elçisi Hans Grundberg bazar ertəsi günü Müsqatda İran Xarici İşlər Naziri Abbas Araqçi ilə görüş keçirib. Grundberg Yəmənlə bağlı vəziyyətin gedişi barədə hesabat təqdim edərək İranın BMT-nin təşəbbüslərinə və sülh prosesinə dəstəyinin vacibliyini vurğulayıb.

Ədəndəki beynəlxalq səviyyədə tanınan hökumət dövlət institutlarını bərpa edə bilmir, Sənanı nəzarətdə saxlayan husilər isə idarə etdikləri ərazilərdə sabitlik yarada bilmirlər. İsrailin son hava hücumlarında husilərin rəhbərləri hədəfə alındıqdan sonra, Sənada yeni hökumət formalaşdırılıb. Ədəndə isə Prezidentlik Şurası daxilində fikir ayrılıqları dərinləşib və bu, hökumətin fəaliyyətini zəiflədib.

İsrailin Səna və Yəmənin paytaxtı Cavf şəhərlərinə endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər ölüb, 118 nəfər yaralanıb. Paytaxt Sanada Müdafiə Nazirliyinin qərargahının vurulduğu bildirilir. İsrail ordusu hücumu təsdiqləyib. Yəmənin "Əl-Məsira" televiziya kanalının xəbərində husilərə bağlı silahlı qüvvələrin Sənaya hücum edən İsrail təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemləri ilə mübarizə apardığı bildirilib.