#İkinci Qarabağ müharibəsi

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması işlərinin bir istiqaməti də həmin şəxslərin reabilitasiya vasitələri ilə təmin olunmasıdır. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 2371 şəxsə 82 min reabilitasiya vasitəsi verilib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 14-də davam etdirilib.

27 Sentyabr - Anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər parkında olub. Zəfər abidəsinin önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr - Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.

“27 Sentyabr - Anım Günü münasibətilə Qarabağ uğrunda canından keçən qəhrəman Azərbaycan övladlarını rəhmətlə yad edirik. Əminik ki, dayanıqlı sülhün təmin olunması yolunda atılan tarixi addımlar bu fədakarlıqların mirası üzərində bölgəmizdə əmin-amanlıq və rifahı bərqərar edəcək”, -deyə paylaşımda qeyd olunur.

27 sentyabr Azərbaycanın öz torpaqlarını düşməndən azad etmək üçün başladığı tarixi gündür. Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücüm əməliyyatları Azərbaycan silhalı qüvvələinin tam və qəti qələbəsi ilə başa catdı. Xalqımızın qürur tarixinə çevrilmiş 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya göstərdi - erməni işğalına son qoyuldu və ərazilərimiz bütövləşdi.

“2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini pozaraq azərbaycanlımülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv və ağır silahlardan atəşə tutmaqla çoxsaylı dinc insanların tələfatı ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlara başlamasından beş il ötür.