#Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi

Böyük Britaniya İsrailin işğal altındakı Fələstin torpaqlarında həyata keçirməyi nəzərdə tutduğu “E1 Layihəsi”nə verdiyi yekun təsdiqi pisləyib. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi açıqlama verib. Lemmi bildirib ki, layihə həyata keçiriləcəyi halda, Fələstin dövləti iki yerə bölünəcək və iki dövlətli həll perspektivinə ciddi zərbə vurulacaq.