#Azərbaycan

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 233 milyon 409 min 92 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,2 faiz artaraq, 30 milyon 540 min 78 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 17 milyard 731 milyon 750 min dollara bərabər olub.

Qəzza mövzusu ilə bağlı beynəlxalq yanaşmaların nə qədər həssas, mürəkkəb və çoxşaxəli olduğu artıq hamı tərəfindən qəbul edilən reallıqdır. Bu kontekstdə Azərbaycanın mövqeyi bəzən yanlış təqdim olunur və ya səthi şərh edilir. Halbuki rəsmi Bakının mövcud regional reallıqları nəzərə alaraq sərgilədiyi xətt həm təhlükəsizlik baxımından, həm də diplomatik baxımdan kifayət qədər ölçülüb-biçilmiş bir yanaşmadır.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında görüş keçirilib. İki ölkə arasında güclü dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. “ACWA Power” şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.