Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.
#Azərbaycan
Bu kəsişmədə sürücülərin daha rahat görmələri üçün yeni svetoforlar quraşdırıldı. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
3 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİR KREDİT BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.12.2025-ci il tarixində başlayıb, 06.01.2026-cı il tarixində bitmişdir.
Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Azərbaycan Hava Yolları Bakı–Tehran–Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib. Aviaşirkət bu barədə öz mətbuat xidməti vasitəsilə məlumat yayıb. Bildirilib ki, uçuşun bərpası ilə bağlı əlavə məlumat yaxın vaxtlarda açıqlanacaq və sərnişinlər dərhal məlumatlandırılacaq. AZAL yaranmış narahatlığa görə üzr istəyərək sərnişinlərin anlayışına görə təşəkkür edib. Qeyd olunub ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır.
Prezident İlham Əliyevin sərəncamı ilə dini qurumlara ayrılan maliyyə dəstəyi Azərbaycanda dövlət-din münasibətlərinin və multikultural həmrəyliyin gücləndirilməsi kimi qiymətləndirilib.
2025-ci il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 7672 zəng qəbul edilib. Bu barədə nazirliyin məlumatında qeyd olunub.
Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülür.
Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli Mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb.
“Facemark” şirkətinin təşkilatçılığı ilə ölkəmizdə II Qadın Liderləri Zirvəsi keçiriləcək. Zirvə 7 mart tarixində Gülüstan Sarayında baş tutacaq və “Cəhalətdən cəmiyyətə” konsept mesajı ilə bilikdən dəyərə, fərdi inkişafdan ictimai təsirə gedən yolu ön plana çıxaracaq.
Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirən “Neftçi” bugün ilk yoxlama oyununa çıxacaq.