Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə ərzində paylaşılmış rəsmi məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Videoçarxda Silahlı Qüvvələrin fəaliyyəti və baş verən əsas hadisələr əksini tapıb. Materialda görülən işlər və həyata keçirilən tədbirlər ümumiləşdirilib. İcmal videoçarxı Müdafiə Nazirliyinin rəsmi informasiya resurslarında təqdim olunub.
#Azərbaycan
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayı
Ötən il ölkəmizin səhiyyə tarixi üçün unudulmaz səhifə oldu. 2025-ci il səhiyyəmiz üçün qızıl dövr olaraq qalacaq. Bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev jurnalistlərə açıqlamasında deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan gənclər və Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları ahıl şəxsləri ziyarət ediblər. 2 fevral - Gənclər Günü münasibətilə təşkil olunan tədbirdə gənclər Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə maraqlı vaxt keçiriblər.
Qafqazda ilk ürək transplantasiyası icra edilən şəxs insanlara donor olmaqla bağlı çağırış edib. Ürək transplantasiyası icra edilən pasiyent Rəşad Məmmədəliyev bu çağırışı "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var. Bunu Orqan Donorluğu va Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.
Ürək transplantasiyası təsadüfi hadisə deyil, illər ərzində mərhələli və məqsədyönlü şəkildə həyata keçirilən sistemli islahatların nəticəsidir. Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.
Azərbaycanda ilk ürək transplantasiyalarının uğurla həyata keçirilməsindən sonra orqan donoru olmaq istəyənlərin sayında artım müşahidə olunur. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.
Orqan transplantasiyasının uğurla həyata keçirilməsi üçün beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası və effektiv icra mexanizmlərinin yaradılması həlledici əhəmiyyət daşıyır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı bildirib.
Qafqazda ilk ürək transplantasiyası Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqləyir. Bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı səsləndirib.
Beş il əvvəl qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ay ərzində yenidən əlillik təyin edildikdə əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.