#Azərbaycan

Cəlilabad rayonunda əmisi tərəfindən balta ilə xəsarət yetirilən 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyevin səhhəti ilə bağlı rəsmi məlumat yayılıb. Xəstəxananın açıqlamasında bildirilib ki, fevralın 1-də saat 17:00 radələrində xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə iki nəfər hospitalizasiya olunub. Onlardan biri – 2012-ci il təvəllüdlü oğlan uşağı reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin nəzarəti altındadır.

Dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, məşğulluğunun təminatıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə aparılan işlərin davamı olaraq ötən il daha 72,6 min gənc münasib işlərlə təmin edilib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirə iştirakçıları tərəfindən XRİTDX-nin inzibati binasında yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi böyük ehtiramla anılmışdır. Həmçinin, iştirakçılar tərəfindən müşavirənin başlanğıcında Ümummilli lider Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.

Son aylarda beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı və xüsusilə bank sektoru ilə bağlı açıqlamaları diqqət mərkəzindədir. "Fitch Ratings", "Moody"s" və "S&P Global Ratings" kimi nüfuzlu qurumlar öz hesabat və təqdimatlarında bank sektorunun dayanıqlılığını, kapitallaşma səviyyəsini və tənzimləyici çərçivənin güclənməsini xüsusi vurğulayırlar. Bu qiymətləndirmələr həm makroiqtisadi sabitliyin qorunması, həm də maliyyə sistemində aparılan struktur islahatların nəticəsi kimi dəyərləndirilir.

Müasir hüquqi münasibətlərdə mübahisələrin yalnız məhkəmə yolu ilə həlli artıq yeganə çıxış yolu sayılmır. Son illər Azərbaycanda tətbiq olunan mediasiya mexanizmi vətəndaşlara mübahisələrini daha çevik, daha az xərc və stresslə həll etmək imkanı yaradır. Bu mərhələnin mahiyyəti və praktik əhəmiyyəti barədə Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas–mediator Hümmət Əliyev suallarımızı cavablandırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli qanuna əsasən, 2026-cı il fevralın 1-dən etibarən ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qaydalar qüvvəyə minir.

Prezident İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Trend xəbər verir ki, dövlət başçısı paylaşımında bu əlamətdar günü xüsusi olaraq qeyd edib. Mesajda “2 Fevral – Azərbaycan Gəncləri Günü” ifadəsi yer alıb. Paylaşım Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatındakı roluna verilən önəmin göstəricisi kimi dəyərləndirilir. Azərbaycan Gəncləri Günü hər il gənclərin potensialının və dövlətin gənclər siyasətinin vurğulanması məqsədilə qeyd olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Azərbaycan gənclərinin ölkənin inkişafında mühüm rol oynadığı vurğulanıb. Mehriban Əliyeva gənclərin əldə edəcəyi uğur və nailiyyətlərin xalqı daim sevindirəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan gənclərinin gələcəkdə də dövlətin tərəqqisinə layiqli töhfələr verəcəyini bildirib.