#Azərbaycan

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə təşkil edilən görüşdə mebel ixracının potensialının və yeni bazarlara çıxış imkanlarının artırılmasına dair fikir mübadiləsi aparılıb. Görüş zamanı mebel istehsalı sektorunda ixrac, ixracatçıların üzləşdiyi çağırışlar, həmçinin logistika xərclərinin optimallaşdırılması imkanları müzakirə edilib. Bununla yanaşı, məhsulların ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı ixrac potensiallı bazarlar nəzərdən keçirilib.

2025-ci ilin yanvar- dekabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 123 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 512 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 323 milyon 545 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Fevralın 19-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, qurumun katibi İlqar Fəhmi Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət ediblər. Nazir Xalq şairinin zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, oxucular tərəfindən sevildiyini bildirib, səhnəyə qoyulan əsərlərinin də böyük maraqla qarşılandığını deyib.

2026-ci ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 54 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin ilin eyni dövrü ilə müqayisədə 30 obyekt çoxdur. Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyədə 111 min 480 mənzil satın alınıb ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,7 faiz azdır. 2026-cı ilin yanvar ayında Türkiyədə xarici vətəndaşlara min 306 mənzil satılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz azdır.

Müstəqillik hərəkatlarının müstəmləkəçiliyə qarşı apardığı mübarizəyə BTQ-nin dəstəyini ifadə edən icraçı direktor deyib: “Son iki il ərzində 35-dən çox beynəlxalq konfrans və tematik tədbir təşkil etmişik, təxminən 150 tədqiqat aparmışıq, 40-dan artıq hesabat və üç kitab nəşr etdirmişik. Birləşmiş Millətlər Təşkilatına və onun qurumlarına alternativ hesabatlar və bəyanatlar təqdim etmişik”.

İordaniyanın təhsil naziri doktor Azmi Mühafizə Azərbaycan Respublikasının İordaniya Haşimi Krallığındakı səfiri Şahin Abdullayev ilə görüşüb. Görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlıq əlaqələri, onların bütün sahələrdə, xüsusilə də təhsil sahəsində gücləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə olunub. Nazir Mühafizə nazirliyin təhsil prosesinin müxtəlif aspektlərində həyata keçirdiyi inkişaf planları və proqramlarına toxunaraq, iki dost ölkəni birləşdirən tərəfdaşlıq münasibətlərinin vacibliyini, əməkdaşlıq və koordinasiyanın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Paytaxtın Suraxanı rayonunda yerləşən Aeroport şosesində hərəkət müvəqqəti olaraq dayandırılacaq. Bu səbəbdən 00:00-dan 05:45-dək Hava limanı yolunda – Hava limanı körpüsündən Koroğlu metro stansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 18-də Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayel ilə görüşüb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb, əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli siyasi əlaqələrin xüsusi rol oynadığı qeyd olunub.