#Azərbaycan

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirinin iqamətgahında xurma paylanması mərasimi keçirilib. Mərasimdə iştirak edən Krallığın ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. O bildirib ki, bu əlamətdar gün münasibətilə Səudiyyə Ərəbistanı Krallığı qardaş Azərbaycan xalqına Ramazan bayramı sovqatı olaraq ümumilikdə 5 ton xurma hədiyyə edir. Onun sözlərinə görə, bu humanitar aksiya Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri və İrşad Nazirliyinin rəhbərliyi altında həyata keçirilir və nazir Əbdülkərim bin Əbdüllətifin himayəsi ilə icra olunur.

Əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi istiqamətində kompleks işlər aparılır. Bu tətbiq çərçivəsində tibbi-sosial məlumatların dərin təhlili, çoxmənbəli informasiya bazalarının inteqrasiyası, sənədlərin avtomatlaşdırılmış emalı və risk əsaslı qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Dünyası Fondunun (TDV) dəstəyi ilə təşkil olunan Beynəlxalq Təcrübə Mübadiləsi Proqramı “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” öz işinə İstanbulda davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında kadr dəyişikliyi olub.Əmrə əsasən, Nihad Hafiz oğlu Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib. 1990-cı il martın 3-də Bakı şəhərində anadan olan Nihad Muxtarlı 2007-ci ildə 289 saylı “Zəngi” liseyini bitirib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev fevralın 13-də Biləsuvar rayonunda sakinləri qəbul edib. R.Mustafayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə genişlənməklə, bu proqramlara cəlb edilənlərin sayı da ciddi şəkildə artıb. 2018-ci ilə nisbətən 2025-ci ildə işlə təmin olunanların sayı 3,6 dəfə artaraq 189 min nəfər, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2,7 dəfə artaraq 16,8 min nəfər təşkil edib.

Müşavirəni giriş sözü ilə açan nazir Məcnun Məmmədov bildirib ki, 2025-ci il aqrar sahə üçün məsuliyyətli və intensiv fəaliyyət dövrü olub. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiya siyasətinin daha ünvanlı və şəffaf tətbiqi, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin rəqəmsallaşma istiqamətində atılan addımlar sahənin dayanıqlı inkişafına mühüm töhfə verib. 2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatı qeyri neft-qaz sektoru üzrə ixrac edilən məhsullar arasında birinci pillədə olmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və valyuta daxilolmalarının formalaşmasında mühüm strateji rol oynayır.