#Azərbaycan

8 avqust 2025-ci il tarixində keçirilmiş Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb və ölkə qarşısında istifadə edilməli olan perspektivlər açıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş üçtərəfli zirvə görüşünün birinci ildönümü münasibətilə ünvanladığı müraciətdə bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Görüşdə Rusiyanın Ukraynaya hücumları, Qara dənizdəki vəziyyət və taxıl dəhlizlərinin bloklanması müzakirə olunub. Tərəflər diplomatik münasibətlər, müdafiə, energetika, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf perspektivlərini də nəzərdən keçiriblər. Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və enerji dəstəyinə görə təşəkkür edib.

Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andriy Sıbiha ilə görüşüb. Görüşlər zamanı Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, enerji, humanitar əlaqələr, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Türkiyə ilə Azərbaycan arasında media və strateji kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi hər iki ölkə üçün prioritet istiqamətlərdən biridir. Bu barədə Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir bildirib.