#Azərbaycan

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Xarici İşlər Nazirliyində rəsmi qarşılanma mərasimində iştirak edib. Məlumata görə, Ukraynanın xarici işlər naziri Andriy Sıbiha nazirlikdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qarşılayıb. Bildirilib ki, rəsmi qarşılama mərasimindən sonra nazirlər Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olublar.

Prezidentin köməkçisi Hikmət Hacıyev "Türkiye Gazetesi"ndə yayımlanan reportajda ona aid edilən bəzi fikirlərin təhrif olunduğunu bildirib. O, jurnalist Yılmaz Bilgenin hazırladığı materialda sitatlarının düzgün təqdim edilmədiyini qeyd edib. Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürütməyə davam edir.

Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.

"Bakı Metropoliteni" QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti tikinti işləri başa çatanadək dayandırılacaq. Bu səbəbdən sərnişinlərin rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə dəstəkləyici tədbirlər görüləcək.

Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. “Tağıyev: Məktəb”in təqdimatı da məhz Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edib.

Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub və bu, normallaşma prosesində ən mühüm nailiyyətdir. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdə deyib. Nazir bildirib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində Minsk qrupunun ləğvi ilə yanaşı, etimadın möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan Hindistana 320,5 min ton neft və neft məhsulları ixrac edilib. Bu ixracın dəyəri 247,4 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycanın ümumi neft ixracı 10,125 milyon ton, dəyəri isə 6,231 milyard ABŞ dolları olub. Azərbaycan neftinin əsas alıcısı İtaliya, sonra isə Çexiya və Bolqarıstan olub. Ölkənin xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dollarına çatıb. Xarici ticarətdə 7,979 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.