#Azərbaycan

“AI işığında” konsept mesajı ilə təşkil olunacaq forum çərçivəsində marketinq, kommunikasiya və biznes sahələrində fəaliyyət göstərən peşəkar moderator və spikerlərin iştirakı nəzərdə tutulur. Bu ilki konsept süni intellektin sürətlə dəyişən dünyada biznes qərarlarına, brend yanaşmalarına və istehlakçı davranışına təsirini ön plana çıxarır. “AI işığında” yanaşması, texnologiyanın yalnız alət deyil, eyni zamanda strateji düşüncə tərəfdaşı kimi rolunu vurğulayır.

Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistan Respublikasına 5 vaqon buğda göndəriləcək. Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

ABŞ Dövlət Departamenti İranın hava məkanının qismən açılmasından sonra Amerika vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib. "21 aprel tarixinə olan vəziyyətə görə, İranın hava məkanı qismən yenidən açılıb. ABŞ vətəndaşlarına yerli mediaya istinad edərək aktual məlumatları izləmək və İrandan reyslər barədə əlavə məlumat üçün kommersiya daşıyıcıları ilə məsləhətləşmək şərti ilə ölkəni dərhal tərk etmək tövsiyə olunur. İranı tərk etməyə çalışan amerikalılar bunu quru yolu ilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan üzərindən də həyata keçirə bilərlər”, – məlumatda bildirilir.