#Avrasiya İqtisadi Birliyi

İran Prezidenti Məsud Pezeşkian Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasına göndərdiyi mesajda İranla ittifaqa üzv ölkələr arasında əməkdaşlığın strateji və uzunmüddətli xarakter daşıdığını vurğulayıb. Prezident bildirib ki, bu əməkdaşlıq milli suverenliyin möhkəmləndirilməsi, ticarət və nəqliyyat əlaqələrinin asanlaşdırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi, yeni texnologiyaların inkişafı və maliyyə-bank infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (SCO) və Avrasiya İqtisadi İttifaqında (EAEU) fəal iştirakı geniş regional bazarlar da daxil olmaqla əhəmiyyətli iqtisadi imkanlar yaradır. Tehranda keçirilən “Dayanıqlılıq, İnnovasiya, İnkişaf” adlı illik kapital bazarı konfransında çıxış edən Pezeşkian diplomatik əlaqələrin qonşu ölkələrlə konstruktiv münasibətləri gücləndirdiyini vurğulayıb. O, qeyd edib ki, bu proses günbəgün möhkəmlənir və İran iqtisadi fəaliyyəti asanlaşdıraraq investorları dəstəkləməyə çalışır.