"Al Baraka Azerbaijan" könüllüləri Sudanda humanitar vəziyyətin pisləşməsi ilə bağlı Azərbaycandakı xeyriyyə təşkilatlarına birgə yardım təşəbbüsünə qoşulmaq çağırışı edib.
#Al Baraka Azerbaijan Könüllüləri
Sudanda bir ildən artıq davam edən müharibə milyonlarla insanın həyatını dağıdıb. Dünya susur, xəbərlər unudulur, amma Sudan yanmağa davam edir. Ölkə “səssiz fəlakət zonasına” çevrilib - uşaqlar aclıqdan ölür, analar körpələrinə süd tapmır, xəstəxanalar dərmansızdır. Bu acı reallığa biganə qalmayan Al Baraka Azerbaijan könüllüləri 760 nömrəli təcili humanitar yardım layihəsinə başlayıblar. Məqsəd Allahın izni ilə bölgəyə qida, dərman və süd məhsulları çatdırmaq, həyatla ölüm arasındakı körpünü qoparmaq deyil, möhkəmləndirməkdir.
Al Baraka Azerbaijan könüllüləri Qəzza şəhərinin qərbində yerləşən Fələstin düşərgəsində humanitar layihənin birinci mərhələsini uğurla həyata keçirib. Məlumata görə, 652 saylı böyük layihənin ilk hissəsi 28 avqust 2025-ci ildə icra olunub. Aksiya çərçivəsində 16 böyük qazan yemək hazırlanaraq təxminən 2 500 nəfərə isti yemək paylanıb.
"Al Baraka Azerbaijan" təşkilatının könüllüləri Qəzza zolağında həyata keçirdikləri humanitar aksiya çərçivəsində 300 nəfərə isti yemək paylayıblar. Aksiyanın 23 iyul 2025-ci il tarixində baş tutduğu və Layihə №625 çərçivəsində reallaşdırıldığı bildirilib. Təşkilatın yaydığı açıqlamada bu təşəbbüsün məqsədinin müharibədən əziyyət çəkən Qəzza əhalisinə dəstək vermək olduğu qeyd olunub.
Al Baraka Azerbaijan könüllüləri tərəfindən Aşura günü həyata keçirilən 610 nömrəli humanitar yardım layihəsi çərçivəsində Qəzzada yüzlərlə ailəyə isti yemək paylanılıb. Təşkilatdan verilən məlumata görə, bu yardım təkcə bir qida dəstəyi deyil, eyni zamanda ümidin, qardaşlığın və mərhəmətin təcəssümü kimi dəyərləndirilib.
Dünyanın müxtəlif ölkələrində humanitar aksiyalar həyata keçirən Al-Baraka Azərbaycan bu dəfə də Xaçmazda qurban aksiyası təşkil edib. Aksiya çərçivəsində qurbanlıq heyvanlar kəsilərək ehtiyacı olan ailələrə paylanılıb.
“Al Baraka Azerbaijan” könüllüləri bu gün ilk dəfə “Yetimə Dəstək” layihəsi çərçivəsində 13 yetim uşağa may ayı üçün maddi yardım göstərib. Könüllülərin sözlərinə görə, layihə bölgədəki müharibə şəraitində reallaşdırılıb və yardımlar zamanı gözlənilməz hadisə baş verib. Məlumata görə, yardım prosesi zamanı düşərgə yaxınlığına bomba düşüb. Hadisə videolarda aydın eşidilən partlayış səsi ilə əks olunub. Könüllülər bildiriblər ki, yardımlar qorxu və xaos içində davam etdirilib.
Qeyd edək ki, daha öncə də Al Baraka Azerbaijan Qəzzada su təminatı üçün müxtəlif layihələr həyata keçirib.
İllərdir blokada altında olan və humanitar böhranla üz-üzə qalan Qəzza zolağında su problemi həyatın davamı üçün ən ciddi təhdidlərdən birinə çevrilib. İsrailin hərbi hücumları və davam edən mühasirəsi bu problemi daha da dərinləşdirib. Bu hücumlar nəticəsində su infrastrukturu ciddi şəkildə zədələnir və yüz minlərlə insan içməli sudan məhrum qalır. BMT və beynəlxalq hüquq mütəxəssisləri bu cür hədəfləri müharibə cinayəti kimi qiymətləndirir.