#Salman bin Həməd Al Xəlifə

Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə vətənin təhlükəsizliyinə xələl gətirənlərə qarşı dərhal sərt tədbirlərin görülməsi üçün vəliəhd, Baş nazir Salman bin Həməd Al Xəlifəyə rəsmi tapşırıq verib. VOA xəbər verir ki, bu tədbirlərə həmin şəxslərin Bəhreyn vətəndaşlığına layiq olub-olmadıqlarına yenidən baxılması da daxildir.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Bəhreynin vəliəhdi Şeyx Salman bin Həməd Al-Xəlifə Çərşənbə günü Manamada keçirilən Səudiyyə–Bəhreyn Koordinasiya Şurasının dördüncü iclasına birgə sədrlik edərək bir sıra sazişlər imzalayıblar. Vəliəhd şahzadələr ölkələri arasında əməkdaşlığı möhkəmləndirməyə və bütün sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.