#Estoniya

Avstraliya, Kanada, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, Latviya, Litva, Norveç və İsveç xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Livanda gərginliyin artmasına dair dərin narahatlıq ifadə ediblər. Rəsmi şəxslər atəşkəs razılaşmasının icrasını dəstəklədiklərini və Livanın səlahiyyətlərini genişləndirmək səylərini alqışladıqlarını bildiriblər. Bəyanatda Hizbullahdan hücumların dayandırılması, İsraildən isə Livanın suverenliyinə hörmət göstərməsi və hərbi gərginliyi dayandırması tələb olunub. Xarici işlər nazirləri bütün tərəfləri maksimum təmkin göstərməyə, atəşkəsə riayət etməyə və mülki vətəndaşların qorunmasını təmin etməyə çağırıb. Bu addım regionda gərginliyin azaldılması və sülhün təşviqi məqsədini güdür.

Estonya hava sahəsinə daxil olan pilotsuz uçuş aparatı (PUA) Vortsjarv gölü üzərində NATO hərbi təyyarəsi tərəfindən vurulub. Nazir bildirib ki, radarlar vasitəsilə PUA ölkənin cənub istiqamətində hərəkət edərkən aşkarlanıb, NATO-nun Baltik Hava Polisi missiyasında iştirak edən təyyarəsi tərəfindən zərərsizləşdirilib.

NATO 19 sentyabrda baş verən insidentdən sonra fövqəladə qaydada səfirlər səviyyəsində iclas keçirib. İclasda Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) məlumat verərək üç silahlı Rusiya MiG-31 qırıcı təyyarəsinin Estoniya hava məkanına daxil olduğunu və orada on dəqiqədən çox qaldığını açıqlayıb.

Bu həftə Baltik ölkələrində yerləşdirilən NATO təyyarələri Estoniyanın hava məkanında təlimlər keçirəcək. Uçuşlar 8-14 sentyabr tarixlərində, yerli vaxtla saat 10:00-dan 22:00-dək planlaşdırılıb. Aşağı sürətli uçuşlar minimum 152 metr (500 fut) hündürlükdən aşağı olmayacaq. Pilotlar həmçinin müəyyən olunmuş zonalarda, hava hərəkətinin idarə olunması üzrə mülki xidmətlə razılaşdırılmaqla səsdən sürətli uçuşlar da həyata keçirə biləcəklər. Sentyabrın 8-i və 9-da saat 19:00-dan 22:00-dək Rakvere və Kadrina bölgələrində İtaliya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcılarının iştirakı ilə hava hərəkəti dispetçerlərinin təlimləri keçiriləcək. Bu təlimlərin məqsədi dispetçerlərin mülki şəraitdə hava gəmiləri ilə qarşılıqlı fəaliyyət bacarıqlarını sınaqdan keçirməkdir.

Böyük Britaniya və 21 beynəlxalq tərəfdaş İsrailin Fələstin torpaqlarındakı işğalı dərinləşdirəcək “E1 layihəsi”nə verdiyi təsdiqi kəskin şəkildə pisləyib və bu qərarın dərhal ləğv edilməsinə çağırış edib. Bu barədə Böyük Britaniya, Kanada və Avropa İttifaqının da daxil olduğu 22 tərəfdaş ölkə birgə bəyanat yayıb.