Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilir. Forumda rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onun ictimai faydasına dair geniş fikir mübadiləsi aparılacaq. Tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak edirlər.
#Mikayıl Cabbarov
Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib.Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "PASHA Holding" tərəfindən Bakıda təşkil olunmuş "INMerge Innovation Summit" zirvə toplantısında deyib.
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanmış sazişlərin ümumi dəyəri açıqlanıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.
Forumun birinci günündə imzalanmış sənədlərin və layihələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıq olan bir məbləğə bərabərdir.
Sentyabrın 18-də Avropa İttifaqının genişlənməsi məsələləri üzrə Komissar Marta Kos Bakıda olacaq.Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir ki, səfər Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.
Azərbaycan və Qətərin "Power International Holding" şirkəti arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirilib. "Qətərə səfərimiz çərçivəsində bu ölkənin "Power International Holding" şirkətinin prezidenti və baş icraçı direktoru Ramez Al-Xayyat ilə görüş keçirdik. İqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyətini vurğuladıq. Şirkətlə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirdik", - deyə paylaşılmda qeyd edilib.
Azərbaycan və Qətərin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə edilib. Nazir Qətərə səfəri çərçivəsində bu ölkənin İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə görüşüb. Görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edilib.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji sahəsində tərəfdaşlıq və qarşılıqlı investisiyalar barədə müzakirələr aparılıb. "Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüşdük. Həyata keçirilən birgə layihələr, enerji sahəsində tərəfdaşlıq, qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr apardıq", - deyə paylaşımda qeyd edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin ABŞ-nin İxrac-İdxal Bankının prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü baş tutub.
Müqavilədə bu layihə ilə bağlı tam həcmdə yerinə yetirmək öhdəliyini üzərimizə götürmüşük. Gələcəkdə biz bu bölgədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq.
Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak edirlər.
Azərbaycan və Çexiya iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində müzakirələr aparılıb.