BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub. Bəyanata Türkiyə ilə yanaşı Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.
#İki dövlətli həll
İsrail, Böyük Britaniyanın Baş naziri Kir Starmerin Fələstin dövlətini tanımaq planları ilə bağlı bəyanatını rədd edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Böyük Britaniya, sentyabr ayında BMT Baş Assambleyasının sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacağını bəyan edib.
Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Faysal bin Fərhan bəyan edib ki, bölgədə təhlükəsizlik, sabitlik və rifahın təməli Fələstin xalqına ədalət bərpa olunmasından keçir. O, 1967-ci il 4 iyun sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının zəruriliyini vurğulayıb.
Reallıq budur ki, biz həlledici bir mərhələdəyik, iki dövlətli həll heç vaxt bu qədər uzaqda olmayıb. İki dövlətli həll beynəlxalq hüquqda öz əksini tapan, BMT Baş Assambleyası tərəfindən qəbul edilən və beynəlxalq ictimaiyyətin dəstəklədiyi yeganə əsasdır.
Hər iki toplantı göstərir ki, konfransa hazırlıqlar intensiv şəkildə başlayıb və hər iki təşkilatçı tərəf bu proses vasitəsilə siyasi həll yolunu yenidən gündəmə gətirəcək real bir irəliləyişə nail olmaq istəyir.