#Məhəmməd Baqir Qalibaf

İran parlamentinin sədri və ölkənin aparıcı danışıqçılarından biri olan Məhəmməd Baqir Qalibaf 12 günlük müharibənin ildönümü münasibətilə bəyanat yayıb. Onun sözlərinə görə, qarşı tərəf münaqişə zamanı günahsız uşaqların ölümünə səbəb olub və müxtəlif cinayətlər törədib.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin təhlükəsizlik strategiyası ilə bağlı yeni açıqlamalar verib. O bildirib ki, Tehran nə yalnız hərbi mübarizəyə, nə də yalnız diplomatik danışıqlara üstünlük verir. Qalibafın sözlərinə görə, İran hərbi və siyasi vasitələrdən şəraitə uyğun şəkildə istifadə etməyi planlaşdırır. O vurğulayıb ki, əsas məqsəd müharibənin sona çatması və dayanıqlı təhlükəsizliyin təmin olunmasıdır. Bununla yanaşı, İran qarşı tərəfə tam etibar etmədiyini də açıq şəkildə bəyan edir. Qalibaf hesab edir ki, son hadisələr diplomatiya ilə hərbi imkanların paralel istifadəsinin daha təsirli nəticələr verdiyini göstərib. O, həmçinin ölkəsinə qarşı tətbiq edilən dəniz məhdudiyyətlərinin təsirsiz hala gətiriləcəyini iddia edib.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın nə atəşkəsə, nə də İranla real dialoqa maraq göstərdiyini iddia edib. O bildirib ki, Tehran milli maraqlarını qorumaq üçün qətiyyətli və düşünülmüş siyasət yürütməlidir. Qalibafın fikrincə, ölkənin uğuru emosional çağırışlarla deyil, strateji planlaşdırma, milli güc və rasional yanaşma ilə təmin oluna bilər. İran rəsmisi həmçinin hərbi, diplomatik və ictimai fəaliyyətlərin vahid strategiyanın tərkib hissəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, diplomatiya yalnız danışıqlar masası ilə məhdudlaşmamalıdır. Açıqlama İran, ABŞ və İsrail arasında davam edən gərginliyin yeni mərhələyə keçdiyi bir dövrdə səsləndirilib və regionda siyasi müzakirələri daha da aktuallaşdırıb.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf son açıqlamasında ABŞ və İsrailin qarşılıqlı etimadın yaradılması istiqamətində kifayət qədər səmimi davranmadığını bildirib. Onun sözlərinə görə, İran atəşkəs razılaşmalarını yalnız sənədlərdə deyil, real vəziyyətdəki nəticələrə əsasən qiymətləndirir. Qalibaf qeyd edib ki, atəşkəsin dəfələrlə pozulması Tehranın mövqeyinə təsir göstərib və bu səbəbdən İran öz siyasətini mövcud şəraitə uyğun qurur. O vurğulayıb ki, etimadın formalaşması üçün konkret və praktik addımlar vacibdir. İran rəsmisinin açıqlaması bölgədə hərbi gərginliyin yenidən artdığı və tərəflər arasında qarşılıqlı ittihamların davam etdiyi bir vaxta təsadüf edir. Son hadisələr atəşkəsin gələcəyi və regionda sabitliyin təmin olunması ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, İsrailin Livana qarşı hücumları davam edərsə, Tehran ABŞ ilə aparılan danışıqları dayandıracaq. Qalibaf, İranın danışıqlar nümayəndəliyinin rəhbəri olaraq, ABŞ ilə müharibəni sona çatdıracaq hər hansı razılaşmanın bütün cəbhələrdə, xüsusilə Livanda hücumların dayandırılmasını nəzərdə tutacağını vurğulayıb.

İran Parlamentinin və Nümayəndə Heyətinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Hörmüz Boğazında həyata keçirdiyi dəniz blokadasını atəşkəsə riayət etməməsinin açıq sübutu adlandırıb. O bildirib ki, “Dəniz blokadasının tətbiqi və İsrailin Livandakı hərbi əməliyyatlarını genişləndirməsi ABŞ-ın atəşkəsə bağlı qalmadığını göstərir”- deyə o bildirib

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə aparılan danışıqlar fonunda Tehranın yalnız əməli addımlara inandığını bəyan edib. O, İranın beynəlxalq arenada əldə etdiyi nəticələrin siyasi vədlərdən deyil, ölkənin hərbi və raket potensialından qaynaqlandığını bildirib. Qalibaf vurğulayıb ki, qarşı tərəf konkret addımlar atmadan Tehran da heç bir addım atmayacaq. Açıqlama İran–ABŞ münasibətlərində etimad böhranının davam etdiyini və tərəflər arasında aparılan danışıqların hələ də mürəkkəb mərhələdə olduğunu göstərir.

İran nümayəndə heyəti Dohada ABŞ-İsrail müharibəsinin dayandırılmasına yönəlmiş diplomatik proses çərçivəsində mühüm məsələləri müzakirə edir. Əsas diqqət Hörmüz boğazına nəzarət və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına yönəlib. Heyətdə İranın baş danışıqlarçısı Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və Mərkəzi Bank rəhbəri Əbdül-Nasir Himməti iştirak edir. Mərkəzi Bank rəhbərinin iştirakı dondurulmuş İran aktivlərinin azad edilməsi məsələsinin müzakirədə olduğunu göstərir və bu məsələ gələcək yekun razılaşma memorandumuna daxil ediləcək.

İranın baş danışıqçısı Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə potensial razılaşmanın şərtlərini müzakirə etmək üçün Dohada Qətər rəsmiləri ilə görüşlər keçirirlər. Danışıqların əsas mövzuları Hörmüz boğazı, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları və dondurulmuş İran vəsaitlərinin azad edilməsidir. Bu görüş ABŞ-İran münasibətlərində mümkün sülh və müharibənin dayandırılması istiqamətində vacib addım kimi qiymətləndirilir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf yenidən bu vəzifəyə seçilib. Qalibaf 11-ci çağırış parlamentində də dörd il ardıcıl olaraq sədr vəzifəsini tutmuşdu. Qeyd edək ki, İranda parlament sədri, parlamentin rəyasət heyətinin üzvləri və müxtəlif komitələrin üzvləri illik olaraq deputatlar tərəfindən may ayının sonlarında seçilir.