ABŞ Hindistanın Adani Enterprises şirkəti ilə İran sanksiyaları pozuntusu işi üzrə 275 milyon dollarlıq razılaşma əldə edib. Əməliyyatlar 32 potensial inzibati pozuntu ilə əlaqələndirilir və şirkət ABŞ iqtisadiyyatına 10 milyard dollarlıq investisiya vəd edib.
#ABŞ Maliyyə Nazirliyi
ABŞ Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət Ofisi Venesuelanın müvəqqəti prezidenti Dels Rodriqezə qarşı tətbiq edilən sanksiyaların ləğv olunduğunu açıqlayıb. ABŞ tərəfi bu addımla Venesuelada yeni siyasi rəhbərliyi tanıdığını və ölkənin sabitləşdirilməsi prosesinə dəstək vermək niyyətində olduğunu nümayiş etdirir.
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ölkəsi İranla bağlı hərbi əməliyyatları maliyyələşdirmək üçün kifayət qədər resurslara malikdir. Bessent vurğulayıb ki, ABŞ ordusunun uzunmüddətli perspektivdə güclü qalması üçün Konqresdən əlavə maliyyə dəstəyi istənilib.
ABŞ Livanda mövcud olan siyasi vəziyyətdən istifadə edərək İranın “Hizbullah”a maliyyə axınını kəsməyə və qruplaşmanı silahsızlaşdırmağa çalışır. Bu haqda ABŞ Maliyyə Nazirliyinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müşaviri Con Herli İstanbulda jurnalistlərə müsahibə verərkən deyib. Herli açıqlamasında İranın bu il ağır iqtisadi sanksiyalara baxmayaraq “Hizbullah”a təxminən 1 milyard dollar ötürdüyünü bildirib.
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin daha dörd nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, məhdudiyyətlər Kanada vətəndaşı hakim Kimberli Prost, Fransa vətəndaşı hakim Nikola Giyu, həmçinin Fici vətəndaşı prokuror müavini Şamim Xan və Seneqal vətəndaşı prokuror müavini Mame Mandiyaye Nianqa şamil olunub. Rubionun sözlərinə görə, bu addımın əsas səbəbi Məhkəmənin ABŞ və ya İsrail vətəndaşlarının fəaliyyətlərini araşdırmaq, onların həbs edilməsi və ya saxlanılmasına, məhkəmə qarşısına çıxarılmasına cəhd göstərməsidir. O, Məhkəməni “iflas etmiş institut” adlandırıb.
ABŞ hakimiyyəti Çindən, Türkiyədən və Birləşmiş Ərəb Əmirliklərindən olan 22 şirkəti İrana qarşı sanksiyalarla bağlı siyahıya daxil edib.