İsrailin Tehrana təşkil etdiyi hücumda Qızıl Aypara Cəmiyyətinin binası da zərər görüb.
#İran-İsrail gərginliyi
Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.
İran Prezidenti Məsud Pezeşkiyan bildirib ki, xalqla hökumət arasında birlik olduğu təqdirdə, heç bir xarici təhdid ölkəyə zərər verə bilməz.
İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkədəki nüvə obyektlərinin vəziyyətinin sabit və təhlükəsiz olduğunu bəyan edib.
İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, İranın ali lideri Əli Xamenei ABŞ-ın rəhbərliyi ilə İraqa müdaxilə zamanı devrilmiş və sonradan edam edilmiş Səddam Hüseynin taleyini yaşaya bilər.
İranın Loristan əyalətində İsrailin xarici kəşfiyyat xidməti olan MOSSAD üçün fəaliyyət göstərməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
İran ABŞ-ın hücumu halında Hörmüz boğazını minalaya biləcəyini iddia edib.
Netanyahu hökuməti israillilərin ölkədən çıxışına qadağa qoyub.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE), İsrailin 13 iyun tarixində İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində Natanz Nüvə Obyektinin yeraltı hissəsində də zədələnmələrin aşkarlandığını bildirib.
İsrail ordusunun iyunun 13-də başladığı genişmiqyaslı hücumlar zamanı İranın ballistik raket buraxılış sistemlərinin yarısını sıradan çıxardığı iddia edilib.
Avropa Parlamenti İsrailin İrana hücumunu qınamaqdan imtina edib.
Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.