Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 89 nəfər həlak olub.
#İsrail
İsrailin HƏMAS-la danışıqlar apardığı nümayəndə heyəti Qətəri tərk edib.
Biz Suveyda və ətraf bölgələrdə Dürzi-Sünni fitnəsinə imkan verməyəcəyik. Biz sülh üçün çalışırıq.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Ankaradakı səfiri Tomas Barakın Parisdə İsrailin strateji işlər naziri Ron Dermerin iştirakı ilə təhlükəsizlik görüşü keçirəcəyi bildirilib.
Avropa İttifaqının 60-dan çox deputatı İsrailə qarşı tədbir görülməsi üçün Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin təcili toplantısına çağırıb.
Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat, İslam və Ərəb ölkələrinin hökumətlərini və xalqlarını İsrail rejiminin artan təhdidlərinə qarşı dərhal və birgə mövqe sərgiləməyə çağırıb.
Türkiyə, Ərəb Birliyi və İƏT İsrailin İordan çayının qərb sahilindəki bəyanatını kəskin şəkildə pisləyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket birliyinin yeni komandiri general Məcid Musəvi bəyan edib ki, İsrail rəsmilərinin mümkün yeni hücumlarla bağlı verdiyi açıqlamalardan sonra İran hər cür ssenariyə hazır olmalıdır.
İsrail parlamenti (Knesset), hökumətə 1967-ci ildən işğal etdiyi İordaniyanın Qərb Sahilini ilhaq etməyə çağıran qərarı qəbul edib.
İsraildə Ultra-Ortodoks yəhudilərin (Haredilərin) hərbi xidmətə cəlb olunmaması məsələsində israr edən baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi Likud Partiyasının deputatı Yuli Edelşteyn parlamentdəki komitə sədri vəzifəsindən uzaqlaşdırılıb.
İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr Suriyanın mərkəzində yerləşən Hums vilayətində Suriya Silahlı Qüvvələrinə məxsus anbarlara hava zərbələri endirib.
İsrail parlamentində (Knesset) keçirilən səsvermədə 120 deputatdan 71-i İsrailin işğalı altında olan İordan çayının Qərb Sahilinin ilhaqına dair hökumətə çağırış edən qərarı qəbul edib.