#İsrail

Almaniya, İsrail ilə 2 milyard avro dəyərində yeni silah müqaviləsi imzalayıb. İsrailin “Haaretz” nəşrinin məlumatına görə, Almaniya, İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spike” tank əleyhinə raket sistemlərini almağa hazırlaşır. Müqavilə “Rafael”in Avropadakı tərəfdaşı “EuroSpike” vasitəsilə imzalanıb və NATO-nun Təchizat Agentliyi (NSPA) tərəfindən həyata keçiriləcək.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən Qəzza atəşkəsi risk altındadır, İsrail ordusu bölgədə hücumlarını davam etdirərək razılaşmanı dəfələrlə pozub. Qəzza Hökumətinin Media Ofisinin bəyanatına əsasən, İsrail ordusu atəşkəs razılaşmasını 80 dəfə pozub.

Türkiyənin İHH İnsani Yardım Vəqfi, İsrailin uzunmüddətli hücumları nəticəsində ciddi dağıntılara məruz qalan Qəzza zolağında bərpa fəaliyyətlərinə başlayıb. Məlumata görə, təşkilat Qəzzanın şimal bölgəsində yolların açılması və dağıntıların aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər aparır. Əsas məqsəd bölgə sakinlərinin həyat şəraitini normallaşdırmaq və yaşayış məntəqələrini yenidən istifadəyə yararlı hala gətirməkdir.

Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.

ABŞ Prezidenti Donald Tramp İspaniyanın İsraillə bütün ticarət və hərbi münasibətləri dayandırmasına münasibət bildirib. Tramp açıqlamasında İspaniyanın NATO-ya qarşı öhdəliklərinə əməl etmədiyini deyib. “İspaniya NATO-ya sadiq qalmadı. Məncə, bu ölkə müəyyən cəza almalıdır. Lakin bu məsələ NATO ilə İspaniya arasında həll olunmalıdır,” – deyə ABŞ Prezidenti qeyd edib.

Yunanıstan mətbuatı İsrailin arxipelaq adalarında istifadə oluna biləcək “killer drones” tipli insansız hava vasitələri (PUA) də daxil olmaqla hava müdafiə sistemləri təklif etdiyini yazıb. Məlumata əsasən, İsrail uzun müddətdir müzakirə olunan “Spyder All in One” hava müdafiə sisteminə əlavə olaraq, adaların mürəkkəb coğrafi quruluşuna uyğun yeni sistemlər də təklif edib.

Səhiyyə Nazirliyi bəyan edib ki, cəsədlərin üzərində zorakılıq, işgəncə və uzun müddət bağlı saxlanılmış əl və göz izlərinə dair əlamətlər aşkar olunub. Hazırda nəşlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tibbi ekspertiza işləri davam etdirilir. Nazirlik yalnız 4 nəfərin kimliyinin ailələri tərəfindən təsdiqləndiyini açıqlayıb.