İdman

Fənərbaxça Klubunun prezidenti Sadettin Saran dünya futbolunun tanınmış ulduzlarından olan Enqolo Kantenin transferinin uğurla yekunlaşması münasibətilə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Saran bununla bağlı yaydığı açıqlamada Kante transferinin həm Fənərbaxça, həm də ümumilikdə Türk futbolu üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Barselonanın gənc ulduzu Lamin Yamal klubdakı gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib. La Masia akademiyasının yetirməsi olan 18 yaşlı hücumçu Kamp Nounu heç vaxt tərk etməmək arzusunda olduğunu vurğulayıb. Yamal bildirib ki, dünyanın ən yaxşı klubu və ən gözəl şəhəri hesab etdiyi Barselonada “əbədi qalmaq” istəyir.

Səudiyyə Ərəbistanının Əl-Nəsr klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu klubdan ayrılmaq ehtimalı ilə gündəmə gəlib. Buna səbəb futbolçunun rəhbərliyin transfer siyasətindən narazı qalması və mümkün boykot qərarı ilə bağlı yayılan məlumatlardır. Portuqaliya mətbuatında yer alan məlumatlara görə, Ronaldo Səudiyyə Ərəbistanının Suveren İnvestisiya Fondunun (PIF) Əl-Nəsrə yanaşmasından narazıdır.

Xabi Alonso “Mançester Siti”nin baş məşqçisi ola bilər. "The Telegraph"ın məlumatına görə, “Real” və “Bayer”in sabiq baş məşqçisinin Pep Qvardiolanın mümkün varisləri sırasında nəzərdən keçiriləcək ən azı üç namizəddən ibarət qısa siyahıya daxil ediləcəyi gözlənilir. Kataloniyalı mütəxəssisin yayda postunu tərk edəcəyinə dair inam artsa da, “Mançester Siti”dəki mənbələr bunun belə olmadığını bildirirlər.

Portuqaliya mətbuatının yaydığı xəbərlərə görə, Kristiano Ronaldo transfer siyasətindən narazı qaldığı üçün Əl-Nəsrin Səudiyyə Ərəbistanı Premyer Liqasındakı növbəti oyununda iştirakdan imtina etməyi düşünür. Əvvəlcə Ronaldonun oyundan kənar qalmasının səbəbi kimi fiziki yüklənmənin idarə olunması göstərilsə də, Portuqaliyanın A Bola nəşri bu iddiaları təkzib edib. Qəzetin yazdığına görə, mümkün yoxluq “portuqaliyalı hücumçunun fiziki vəziyyəti ilə əlaqəli deyil”.

“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta 30 milyon avro dəyərində razılaşma ilə “Milan”a transfer olunmağa yaxındır. Tərəflər arasında 3,5 mövsümlük müqavilə üzrə şəxsi şərtlər artıq razılaşdırılıb.

Avstraliyalı qarışıq döyüşçü Aleksandr Volkanovski Sidneydə keçirilən "UFC 325" turnirinin əsas döyüşündə braziliyalı Dieqo Lopezi məğlub etdi. Beş raundun nəticələrinə əsasən yekdil qərarla Volkanovski qələbə qazandı.