Paytaxt ərazisində müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bəzi magistral və əsas yollarda sürət məhdudiyyətləri tətbiq edilib. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata əsasən, hazırda Bakıda hökm sürən şaxtalı hava şəraiti səbəbindən Zığ dairəsi–Hava Limanı avtomobil yolunda maksimal sürət həddi 40 km/saatadək endirilib.
Cəmiyyət
“Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində 15 müəssisədə texnoloji və dayanıqlı inkişaf üzrə hazırlıq səviyyəsi qiymətləndirilib. Qiymətləndirmə nəticəsində müəssisələrin texnoloji transformasiya və dayanıqlı inkişaf üzrə hazırlıq səviyyələri təhlil edilib. Proses ərzində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müəssisələrin hər birində yerində qiymətləndirmələr aparılıb. İstehsal prosesləri, əməliyyatların idarə edilməsi, texnoloji infrastruktur, avtomatlaşdırma səviyyəsi və rəqəmsallaşma göstəriciləri qeydə alınıb. Bununla yanaşı, müəssisələrdə enerji səmərəliliyi, resursların idarə olunması, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə sahələri üzrə mövcud vəziyyət araşdırılıb.
Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiyası uğurla təmin olunub. “Elektron ipoteka və kredit zəmanət” sistemində digər elektron imza vasitələri ilə yanaşı (“ASAN İmza”, “SİMA Token” (elektron imza), BSXM imza) “SİMA İmza” rəqəmsal imzanın da tətbiq edilməsi vətəndaşlar üçün vaxt və maliyyə itkilərinin qarşısının alınmasına, göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına səbəb olacaqdır.
Azərbaycan və İsrail arasında elmi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu ali təhsil müəssisələri və elmi müəssisələr arasında birgə elmi-tədqiqat yönümlü layihələrin icrası, elmi-tədqiqat layihələrinin birgə maliyyələşdirilməsi, doktorantların, alimlərin və müəllim heyətinin mübadiləsi, birgə tədbirlərin təşkili və digər sahələrdə İsrail Dövləti ilə əməkdaşlığın təşkilini nəzərdə tutur.
6 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
Fevralın 4-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski və Fondun Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər istiqamətlər üzrə sıx və səmərəli əməkdaşlıq edir. Türkiyəli iş adamlarının Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya qoyuluşu prosesində aktiv iştirak etdiyini xatırladan nazir qeyd edib ki, iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur.
AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. Növbəti belə yerlər Səbail və Nəsimi rayonları ərazisində təşkil edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) minib-düşmə yerləri ilə bağlı müvafiq lövhələr yerləşdirilib.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən sərfəli aqrar sığorta mexanizmindən istifadə edənlərin sayı artır və sığortalanan əkin sahələri genişlənir. 2025-ci ildə müxtəlif hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlərin Aqrar Sığorta Fondu tərəfindən qarşılanması, fermerlərə ödənişlərin kəskin artması səbəbindən əkin sahələrinin sığortalanmasına maraq kəskin artıb. Ötən il ölkə üzrə müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsi sığortalanıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri Hidayət Abdullayev fevralın 13-də Astara rayonunda, Rəşad Mustafayev isə Biləsuvar rayonunda sakinləri qəbul edəcəklər.
Fevralın 3-də Mədəniyyət Nazirliyində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasına həsr olunmuş iclas keçirilib. Nazir Adil Kərimli bildirib ki, attestasiya müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisaslarına uyğun olaraq tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi daşıyır.