Baş prokuror Kamran Əliyev Qarabağ Universitetində tələbələr və müəllim heyəti üçün rəqəmsal sübutlar və elektron cinayət təqibi mövzusunda geniş mühazirə keçirib. Tədbiri açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və Qarabağ Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə kadr hazırlığına göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyinə təşəkkürünü bildirib.
Cəmiyyət
19 May 2026-cı il tarixində, UNESCO-nun himayəsi altında Astanada "Qızıl Orda Çöl Sivilizasiyasının Modeli Kimi: Tarix, Arxeologiya, Mədəniyyət və Kimlik" Beynəlxalq Simpoziumunun açılış mərasimi keçirilib. Simpozium çərçivəsində. Qızıl Orda tarixinə aid nadir arxeoloji artefaktları, əlyazmaları və beynəlxalq arxiv sənədlərini ilk dəfə vahid məkanda toplayan sərgi açılıb.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə gediş haqqı məlum olub. Bir istiqamət üzrə minimum tarif Bakı–Tbilisi marşrutu üçün 81 manatdır. Yevlaxdan Tbilisiyə 67 manat, Gəncədən Tbilisiyə 62 manat, Ağstafadan Tbilisiyə 57 manat, Böyük Kəsikdən Qardabaniyə isə 51 manat təşkil edəcək.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda təşkil olunan 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 19-da “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” mövzusunda panel sessiya keçirilib.
18 may 2026-cı il tarixində Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “İrsdən Dayanıqlılığa: Türk Evləri” adlı panel sessiyası təşkil olunub.
Azərbaycanın marketinq ekosisteminin aparıcı platformalarından hesab olunan Milli Marketinq Forumu bu il “Facemark” şirkətinin təşkilatçılığı ilə 11-ci dəfə keçiriləcək. Forum 6 iyun tarixində Bakı Konqres Mərkəzində iştirakçılarını bir araya gətirəcək.
AZAL müvəqqəti olaraq Naxçıvan reyslərini ləğv edib. Sərnişinlərə alternativ uçuş və bilet dəyişdirmə imkanları təqdim olunur, ətraflı məlumat AZAL-ın rəsmi saytında mövcuddur.
Müasir dövrdə cəmiyyət daxilində yaranan sosial, ailəvi və əmək münasibətlərindən irəli gələn mübahisələrin artması alternativ mübahisə həlli mexanizmlərinə olan ehtiyacı daha da aktuallaşdırır. Azərbaycan Respublikasında mediasiya institutu son illərdə hüquqi islahatların mühüm istiqamətlərindən biri kimi inkişaf etdirilir. Mediasiya yalnız hüquqi mübahisələrin həlli vasitəsi deyil, eyni zamanda cəmiyyətdə sosial harmoniyanın, qarşılıqlı anlaşmanın və sabitliyin qorunmasına xidmət edən mühüm sosial mexanizm hesab olunur.
Ölkəmizdə biznes tədbirlərinin təşkili sahəsində ixtisaslaşan “Facemark” şirkətinin təşkilatçılığı ilə keçirilən IX Milli İnsan Resursları Forumu (MİRF) uğurla yekunlaşıb.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü işə başlayıb.
Qurban bayramı münasibətilə həyata keçirilən humanitar layihələr çərçivəsində müxtəlif ölkələrdə yaşayan ehtiyac sahibi ailələrə dəstəyin göstərilməsi məqsədilə yeni təşəbbüsə start verilib.
Lev Tolstoy dünya ədəbiyyatının ən böyük realist yazıçılarından biri, filosof və mənəviyyat axtarışçısıdır. 1828-ci ildə doğulan müəllif, "Hərb və sülh", "Anna Karenina" kimi epik əsərləri ilə bəşəriyyətin bədii təfəkkürünü dəyişmişdir. Tolstoyun yaradıcılığı sadəcə ədəbiyyat deyil, həm də insanın daxili aləmini, vicdanını və cəmiyyətdəki yerini sorğulayan bir fəlsəfədir. Gəncliyində Qafqazda hərbi xidmətdə olması onun dünyagörüşünə dərindən təsir etmiş və bu coğrafiyanın insanlarına qarşı böyük heyranlıq yaratmışdır