#AzerVoice: Regionun ilk özəl ingilisdilli universitetinin yubileyi qeyd edilib

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib. Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsil modeli və elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar əldə edərək ölkənin aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilib. Hamlet İsaxanlı qeyd edib ki, Xəzər Universiteti dünya və regional reytinqlərdə yüksələn xətt üzrə yer almaqdadır.