Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “Füyuzat” – ruhun diriliyi və qələmin məsuliyyəti

    1 Noyabr 2025 17:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Füyuzat” – ruhun diriliyi və qələmin məsuliyyəti
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    119-cu ildönümünə ithaf

    Bu həyatda dərindən inandığım bəzi həqiqətlər var ki, onlar sarsılmaz və qırılmazdır. Onlardan biri də budur ki, dəyərli və müqəddəs olana əsla ləkə bulaşmaz!

    Ulularımızın dili ilə desək: “Hər haqqın bir həqiqəti vardır”. O həqiqət bir gün mütləq günəş kimi parlayar. Həqiqət parladıqca üfüqlərdə aydınlıq yaranar, insanda mübarizə ruhu daha da alovlanar.

    Pakistanlı mütəfəkkir Məhəmməd İqbal bu ruhu belə izah edir:

    “Günləri aydınladan, bu keçici günəş nuru deyil, həyatın daimi mübarizəsi və inkişafıdır”.

    Həqiqət uğrunda aparılan mübarizə ləkə götürməz və aydın olur. Bu mübarizənin dəyəri zahirdə deyil, batinindədir. O, qaranlıqda belə öz nurunu itirmir.

    Millətin içindəki mübarizənin mayası isə onun mütəfəkkirlərinin qəlbi və düşüncəsidir.

    Ululuğun ziyasını ruhlarında daşıyan bu haqq mücahidlərinin fəaliyyəti və əsərləri həmişə dirilik iksiri daşıyır. Onların qələmindən doğan hər sətir ölməz ruhun nəfəsidir.

    Orada səmimiyyət şəffaf su kimi bərraqdır, orada birlik mühiti diridir, canlıdır.

    Oradakı sədaqət isə qeyrət sahiblərinin libasıdır.

    O aləmə yanlış qələmlər imzasını ata bilməz!

    Çünki qələm yalnız vicdanla yazıldıqda həqiqətə çevrilir, yalnız ürəklə, sevgi ilə yazıldıqda bəşərin qəlbinə yol tapır.

    Bu gün qəlblərə yol tapan bir məktəbin, Əli bəy Hüseynzadənin qələm yoldaşlarının ziyası ilə nur saçan “Füyuzat” dərgisinin yaranmasının 119-cu ildönümüdür.

    “Füyuzat” sadəcə bir dərgi deyildi: o, bir oyanış idi – bir məktəb, bir mənəvi çevriliş, bir inqlab idi.

    O, milli düşüncəni, türk kimliyini, islam mədəniyyətini və müasirliyi bir səhnədə birləşdirən nadir bir məfkurə abidəsi idi.

    Bu məfkurə məktəbi bir ocaq idi, közü əsla sönməyən, atəşi kiri-pası təmizləyən mənəvi ocaq!

    Bu ocağın düsturları doğruluq və səmimiyyətlə qələmə alınmışdı.

    O qələm Haqqın qatından süzülən mürəkkəbdən ruhlanmışdı.

    İsmayıl Qaspıralı 1906-cı ilin mart ayında Əli bəy Hüseynzadəyə yazdığı açıq məktubunda belə deyirdi:

    “Hər nə yazacaqsansa, qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batır, qanınla yaz!

    Belə yazsan, sözün ötər, vicdanlara qədər yetər.

    Əks halda, bisəmərə, yəni bəhrəsiz bir külək kimi gəlib keçər”.

    Bu çağırış, bu nida, bu əmanət bu gün də keçərlidir.

    Çünki qələm sadəcə yazmaq üçün deyil – ruhu diriltmək və həqiqəti yaşatmaq üçündür.

    “Füyuzat” məktəbi bizə təkcə bir tarix deyil, həm də böyük bir məsuliyyət miras qoydu:

    Qələm tutan hər bir insan ruhu ilə, vicdanı ilə, qanı ilə yazmağı unutmamalıdır.

    #Füyuzat #Əli bəy Hüseynzadə #İsmayıl Qaspıralı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kosmosda məlumat mərkəzləri quran “Starcloud”un dəyəri 2,3 milyard dollara çatıb

    21 Avqust 2026 20:03

    Kitab oxumağın faydaları haqqında nə bilirik?

    21 Avqust 2026 07:56

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Körfəz ölkəsində ailə böhranı - Küveytdə iyun ayının ən son rəsmi hesabatı açıqlandı

    20 Avqust 2026 11:48

    Gələcəyin rəssamları bir araya gəlir: Ər-Riyadda möhtəşəm rəqəmsal sərgi keçiriləcək

    20 Avqust 2026 08:10

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    İstehlakdan istehsala keçid - Səudiyyə Ərəbistanı öz rəqəmsal məhsullarını yaradır

    19 Avqust 2026 10:07

    Azərbaycan sərhəd mühafizəsinin yaradılmasından 107 il ötür

    18 Avqust 2026 10:32

    Mediatorların təlimi necə təşkil olunmalıdır?

    17 Avqust 2026 11:14

    Qədim Misir ordusunu gücləndirən 9 silah və hərbi vasitə

    17 Avqust 2026 06:00

    Hər gələn prezident adını dəyişir - Denali və ya MakKinli dağı haqqında nə bilirik?

    16 Avqust 2026 23:00

    Türkiyə türk əməkdaşlığı təşkilatları çərçivəsində fəaliyyətini daha da dərinləşdirir - Ərdoğan

    29 İyun 2026 17:00
    XƏBƏR LENTİ

    Fələstin E1 layihəsinə niyə qarşı çıxır?

    İraqda hansı qruplar silahları təhvil verməyib?

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.