Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli Günləri” çərçivəsində konsertlər təşkil edib

    15 Oktyabr 2024 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli Günləri” çərçivəsində konsertlər təşkil edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən “Füzuli Günləri” çərçivəsində Bakı və Gəncə şəhərlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xorunun və Qaziza Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xorunun birgə konsertləri təşkil olunub

     AzerVoice xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bakı və Gəncə şəhərlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xorunun və Qaziza Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xorunun birgə konsertləri keçirilib. Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Gəncədə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gerçəkləşdirilən konsertlər Fond tərəfindən Türk mədəniyyətinin inkişafında müstəsna yer tutan görkəmli şair, mütəfəkkir, böyük ustad Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.

    Sözügedən tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ustad Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Türk Mədəniyyəti və İrsi Fondunun başlatdığı genişmiqyaslı “Füzuli günləri” adlı layihə çərçivəsində təşkil olunub.

    Türk Mədəniyyəti və İrsi Fondunun “Füzuli günləri” layihəsi böyük şair Məhəmməd Füzulinin yaradıcılığının dünyada geniş şəkildə işıqlandırılmasına və təbliğinə, eləcə də qardaş türk ölkələri arasında əlaqələrin möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır.

    Füzuli yaradıcılığına həsr olunmuş gecələrdə Türk Dünyası musiqi tarixinin ən böyük əsəri olan bəstəkar Cahangir Cahangirovun “Füzuli” kantatası, eləcə də qazax bəstəkarlarının nadir əsərləri ifa olunub.

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun fəaliyyətindən bəhs edərək layihə ilə bağlı ətraflı məlumat verib.

    Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan Respublikası, Qırğız Respublikası, Türkiyə Respublikasının dövlət başçılarının dəstəyi ilə yaradıldığını vurğulayan Raimkulova, təşkilatın əsas missiyasının Türk dünyasının zəngin mədəni irsinin qorunması, araşdırılması və beynəlxalq aləmdə təbliği olduğunu qeyd edib. O, xüsusilə fondun Türk dünyasının dahi şəxsiyyətlərinin irsinin gələcək nəsillərə çatdırılması yönündə “Türk Dünyasının görkəmli şəxsiyyətləri”, “Türk Dünyasının ədəbi inciləri”, “Türk Dünyasının elmi inciləri” adlı kitab seriyalarını tərtib etdiyini diqqətə çatdırıb.

    Raimkulova nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixində Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətini xüsusi vurğulayıb. O, fondun bu təşəbbüsə dəstək məqsədilə bir sıra layihələr həyata keçirdiyini və bunlardan biri olan "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabının nəşr edildiyini bildirdi. Bu kitabda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Füzuli irsinin tanıdılması istiqamətində müstəsna xidmətləri əks olunub.

    A. Raimkulova qeyd edib ki, 23-26 sentyabrda Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri "Füzuli–530 misra" kitabının təqdimatı ilə açılıb. Fondun növbəti böyük layihəsi isə Bakıda və Gəncədə təşkil ediləcək “Füzuli günləri”dir.

    Raimkulova Qazaxıstanın Aktobe vilayətinin İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən konsertlərin həm də Jubanova adına Aktobe Filarmoniyasının 80 illik yubileyinin qeyd olunmasına həsr olunduğunu qeyd edərək, Filarmoniyanın direktoru Dina Niyazovanı təbrik edib.

    Tədbirlərdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, millətvəkilləri, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

    Konsertlər Bakı və Gəncə izləyiciləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

    Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli Günləri” çərçivəsində konsertlər təşkil edib
    Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli Günləri” çərçivəsində konsertlər təşkil edib
    Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli Günləri” çərçivəsində konsertlər təşkil edib
    Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli Günləri” çərçivəsində konsertlər təşkil edib
    Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli Günləri” çərçivəsində konsertlər təşkil edib
    Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli Günləri” çərçivəsində konsertlər təşkil edib
    Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli Günləri” çərçivəsində konsertlər təşkil edib
    Türk Mədəniyyəti və İrsi Fondu “Füzuli Günləri” çərçivəsində konsertlər təşkil edib
    #Türk Mədəniyyəti və İrsi Fondu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

    28 Avqust 2026 16:52

    Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

    19 Avqust 2026 16:25

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

    18 Avqust 2026 14:04

    Şövqi Mehdizadə Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə görüşüb

    28 İyul 2026 15:02

    Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib

    27 İyul 2026 16:09

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

    8 İyul 2026 16:46

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

    3 İyul 2026 15:56

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

    3 İyul 2026 12:25

    Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

    1 İyul 2026 13:56

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    30 İyun 2026 15:07
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.