Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

    10 Sentyabr 2024 14:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

    AzerVoice xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.

    Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə çiçəklər düzüblər.

    Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

    Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova bildirib ki, ötən il bağçalara 14 müdir, 142 tərbiyəçi müəllim işə qəbul edilib.

    O qeyd edib ki, məktəblərə isə 12 direktor, 2472 müəllim işə qəbul olub.

    “Ötən il 9 məktəb təmir edilib, 3 məktəb isə yeni inşa olunub. 51 bağça isə təmir edilib, 2 bağça yeni inşa olunub”,- deyə o əlavə edib.

    Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, may ayından sonra bəzi müəllimlər tədrisi tez bitirib, yay tətilinə getməyə can atır.

    O qeyd edib ki, dünyanın heç bir yerində təhsil naziri məktəblərdə uşaqlar arasında olan anlaşılmazlıqlarla, davalarla bağlı suallara cavabdeh deyil.

    “Bizim istəyimiz vəzifəmiz ondan ibarətdir ki, müəllimlərin peşakarlığı, təhsilin keyfiyyəti artsın. Müəllimlərin işəqəbulu ilə bağlı bugünki model ən uyğunudur. Sanki məktəbdəki təlim prosessi bir tərəfə qalıb, inzibati işlərə daha çox vaxt və resurs ayrılır. Hansısa jurnalı düz yazmaq vacibdir, yoxsa şagirdə təlim keçmək? İyunun 15-ə qədər tədrisi uzatmağımızdan xeyli dövr keçib. Amma sanki həmin dövrü hər kəs tez bitirib, yay tətilinə getməyə can atır. Mayın ayından sonra səmərəlilik aşağı düşür. Bu belə olmalı deyil. Həmin dövrdə yay tapşırıqları hazırlanmalı, geridə qalan zəif şagird öyrədilməli, təkrarlar edilməlidir.

    Bizim cəmiyyətin bəzi qismində yalnış anlama problemi var. Məsələn dövlət sifarişli yerlərin sayının artmasını təhsil haqqının artımı kimi başa düşən var. Səhv başa düşənlər bunu utanmaz-utanmaz başqasına da deyir”,- deyə nazir əlavə edib.

    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
    #Elm və Təhsil Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qədir Xəlilov Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri təyin olundu

    28 Aprel 2026 11:23

    Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər

    16 Aprel 2026 10:20

    Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşüb

    10 Aprel 2026 12:31

    Firudin Qurbanov Aşqabadda beynəlxalq olimpiadanın açılışında iştirak edib

    10 Aprel 2026 10:23

    Bakıda Azərbaycan və Tacikistan arasında konsulluq məsləhətləşmələri keçirilib

    2 Aprel 2026 18:51

    Elm və təhsil naziri Şuşada tədris prosesini izləyib

    11 Mart 2026 12:33

    Elm və təhsil naziri yeni direktorlarla məktəb idarəetməsini müzakirə etdi

    4 Mart 2026 10:10

    Latviyada təqaüdlə təhsil imkanı elan olunub

    24 Fevral 2026 09:20

    Peşə təhsilində strateji yenilənmə prosesi başlayıb

    19 Fevral 2026 11:15

    İordaniya və Azərbaycan təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    19 Fevral 2026 10:19

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    17 Fevral 2026 19:14

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    16 Fevral 2026 19:09
    XƏBƏR LENTİ

    ABŞ ilə mümkün saziş layihəsi hələ də Tehranda incələnir - İran

    İranla sülh sazişi hərbi qələbədən üstün ola bilər - Tramp

    Ərdoğan masaları çevirir - Avropa Türkiyəyə niyə ehtiyac duyur?

    Süni intellekt insan duyğularını anlayırmı? - Marketinqdə istifadəsi nə qədər etikdir?

    Fələstin Azadlıq Təşkilatı necə yarandı və Fələstin siyasətində hansı rol oynadı?

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.