Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Xocalıda Əsgəran qalasının ətrafının tullantılardan təmizlənməsinə başlanılıb

    21 Avqust 2024 21:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xocalıda Əsgəran qalasının ətrafının tullantılardan təmizlənməsinə başlanılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Son günlər işğaldan azad edilmiş ərazilərə səfər edənlər tərəfindən tullantıların ətraf mühitə atılması, orada qalaqlanması ilə bağlı sosial şəbəkələrdə təəssüfedici görüntülər yayılır. Bəzi vətəndaşlarımız bu ərazilərə səfər edərkən istər qanunvericiliyə, istərsə də mənəvi dəyərlərimizə zidd olaraq tullantıları getdikləri, dincəldikləri ərazilərə atırlar. Bu kimi xoşagəlməz halları nəzərə alaraq, bir daha diqqətə çatdırıram ki, bu, həm inzibati qayda pozuntusu, həm də mənəvi dəyərlərimizə zidd olan hərəkətdir.

    AzerVoice xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    O bildirib ki, artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və "Təmiz şəhər" ASC ilə birgə Xocalıda yerləşən Əsgəran qalasının ətrafının tullantılardan təmizlənməsinə başlanılıb:

    "Fürsətdən istifadə edib bu məsələdə vətəndaşlıq mövqeyi göstərərək məlumatları vaxtında ictimailəşdirən şəxslərə təşəkkür edirik. Çünki bütün əraziləri nəzarətdə saxlamaq, bütün ərazilər barədə dərhal məlumat əldə etmək fiziki olaraq mümkün deyil. Ona görə vətəndaşlıq mövqeyi çox vacibdir və bu işin daha operativ təşkilinə kömək edir. Buna görə də məhz vətəndaşlıq mövqeyi ilə çıxış edən şəxslərə çox minnətdarıq. Bir daha fürsətdən istifadə edərək vətəndaşlara müraciət edirik ki, bu gözəl əraziləri çirkləndirməsinlər. Onları bu haldan çəkinməyə, təbiətlə münasibətdə daha duyarlı olmağa çağırırıq".

    Xocalıda Əsgəran qalasının ətrafının tullantılardan təmizlənməsinə başlanılıb
    Xocalıda Əsgəran qalasının ətrafının tullantılardan təmizlənməsinə başlanılıb
    Xocalıda Əsgəran qalasının ətrafının tullantılardan təmizlənməsinə başlanılıb
    #Xocalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ağdərə və Xocalıya yeni köç karvanı yola salındı

    14 Aprel 2026 13:48

    Varşavada “Nabat” filmi nümayiş olunub

    28 Fevral 2026 10:27

    Bakı şəhərində yerləşən kilsə və sinaqoqlarda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

    26 Fevral 2026 16:50

    Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

    26 Fevral 2026 16:18

    Ombudsmanın regional mərkəzləri Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

    26 Fevral 2026 15:49

    Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

    26 Fevral 2026 12:47

    “Xocalıda ədalət bərqərar oldu” adlı anım tədbiri keçirilib

    26 Fevral 2026 11:47

    8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

    25 Fevral 2026 16:45

    Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib

    24 Fevral 2026 14:28

    Milli Məclisdə Xocalı qurbanları anılıb

    24 Fevral 2026 11:59

    Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı

    16 Fevral 2026 12:23

    Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirilir

    3 Fevral 2026 11:57
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.