Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

    19 Yanvar 2025 21:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Xarici İşlər Nazirliyi Xarici İşlər 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.

    Azervoice xəbər verir ki, bəyanatda deyilir:

    "35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

    Müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizi dərin minnətdarlıqla yad edirik.

    Ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi deportasiyasını əsaslandırmaq naminə “Sumqayıt hadisələri” kimi qondarma təxribatların hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.

    Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq məqsədilə, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

    Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu.

    20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə planlaşdırılıb icra olunmasına baxmayaraq, bu qanlı qətliam, xalqımızın müstəqillik, həmrəylik və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu.

    Xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi.

    Müstəqillik tariximizə dərin iz salan 20 yanvar faciəsinin 35-ci ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza cansağlığı arzu edirik!

    Yaşasın Azərbaycan!"

    #Azərbaycan XİN #20 Yanvar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan XİN Pakistana başsağlığı verib

    24 May 2026 15:28

    Azərbaycan və Türkiyə arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

    13 May 2026 11:17

    Azərbaycan və Yunanıstan əməkdaşlığın inkişafını müzakirə edib

    12 May 2026 18:49

    Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunmasına XİN-dən reaksiya

    8 May 2026 14:03

    Azərbaycan və BƏƏ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    28 Aprel 2026 19:37

    Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

    24 Aprel 2026 20:49

    Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

    24 Aprel 2026 12:52

    Ceyhun Bayramov Banqkokda ESCAP-ın 82-ci sessiyasına sədrlik edib

    20 Aprel 2026 10:13

    Ceyhun Bayramov Taylanda işgüzar səfərə yola düşüb

    19 Aprel 2026 10:14

    Azərbaycan və Qırğızıstan müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini vurğulayıblar

    18 Aprel 2026 22:14

    Azərbaycan və Türkmənistan enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

    18 Aprel 2026 22:01

    Azərbaycan və Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

    18 Aprel 2026 21:30
    XƏBƏR LENTİ

    Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

    Ceyhun Bayramov BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru ilə görüşüb

    Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

    Portuqaliya Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    Hizbullah Cənubi Livanda İsrail mövqelərinə səkkiz hücum təşkil etdiyini bildirdi

    Baş nazir Nəvaf Salam İsrailə təzyiq göstərməyə çağırdı

    Livanın spikeri Berri ABŞ vasitəçiliyi ilə İsraillə atəşkəs razılaşmasını rədd etdi

    İran Oman Körfəzində ABŞ gəmilərinə xəbərdarlıq raketləri atdı

    Avrozonada istiqraz gəlirləri həftəlik artıma hazırlaşır

    Misir sülhməramlıların qorunmasını tələb etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.