Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Konyalı İş Adamları Derneği MÜSİAD Azərbaycanı ziyarət edib

    13 Yanvar 2025 17:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Konyalı İş Adamları Derneği MÜSİAD Azərbaycanı ziyarət edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Konyalı Sanayici ve İş Adamları Derneğinin (KONSİAD) prezidenti Kemal Çelikin rəhbərliyi altında Azərbaycana işgüzar səfər edən nümayəndə heyəti, MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.

    AzerVoice xəbər verir ki, görüş zamanı ilk olaraq, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli dərnəyin fəaliyyəti, əsas strateji hədəfləri və həyata keçirdiyi layihələr barədə geniş məlumat verib O, Azərbaycan və Türkiyə arasındakı “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin 2021-ci ildə,iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsindən sonra, başda iqtisadiyyat sahəsi olmaqla, bütün sahələrdə daha da möhkəmləndiyini vurğulayıb.

    Sədr bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı illik ticarət həcmini 15 milyard dollara çatdırmağı əsas hədəf kimi müəyyənləşdiriblər. Bu məqsədə töhfə vermək üçün MÜSİAD Azərbaycan qardaşlıq ruhunu ortaqlıq mədəniyyəti ilə birləşdirərək fəal şəkildə çalışır.

    Rəşad Cabirli Azərbaycanın geniş logistika imkanlarından bəhs edərək, ölkənin yalnız 10 milyonluq bir bazar kimi deyil, eyni zamanda 250 milyona yaxın əhalisi olan böyük bir coğrafiyaya gömrüksüz çıxış üçün strateji bir qapı kimi dəyərləndirilməsinin vacibliyini vurğulayıb.Bununla yanaşı, o, Azərbaycanda müxtəlif sektorlara verilən dövlət dəstəkləri və təşviqlər, Qarabağda həyata keçirilən iri miqyaslı layihələr, ölkədə iş qurmağın üstünlükləri və dövlətin sahibkarlığa yönəlmiş dəstək siyasəti barədə də ətraflı məlumat verib.

    KONSİAD prezidenti Kemal Çelik isə qonaqpərvərliyə və faydalı məlumatlara görə təşəkkürünü bildirərək, MÜSİAD kimi köklü qeyri- hökümət təşkilatlarının Türkiyəli və Azərbaycanlı iş adamları arasındakı əməkdaşlığı gücləndirməkdə mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanın geniş investisiya imkanları sayəsində Türkiyəli iş adamları üçün prioritet hədəfə çevriləcəyinə əminliyini ifadə edib.

    Görüşün sonunda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib. Eyni zamanda, qonaqlara Azərbaycanın Türkiyədə və xüsusilə türk iş adamları arasında tanıdılması məqsədilə nəşr edilmiş “Azərbaycana Gəlmək Üçün 101 Səbəb” adlı kitab təqdim edilib.

    Bu səfər, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın yeni perspektivlərini daha da gücləndirmək istiqamətində əhəmiyyətli bir addım kimi qiymətləndirilib.

    Konyalı İş Adamları Derneği MÜSİAD Azərbaycanı ziyarət edib
    Konyalı İş Adamları Derneği MÜSİAD Azərbaycanı ziyarət edib
    Konyalı İş Adamları Derneği MÜSİAD Azərbaycanı ziyarət edib
    Konyalı İş Adamları Derneği MÜSİAD Azərbaycanı ziyarət edib
    Konyalı İş Adamları Derneği MÜSİAD Azərbaycanı ziyarət edib
    Konyalı İş Adamları Derneği MÜSİAD Azərbaycanı ziyarət edib
    Konyalı İş Adamları Derneği MÜSİAD Azərbaycanı ziyarət edib
    Konyalı İş Adamları Derneği MÜSİAD Azərbaycanı ziyarət edib
    #MÜSİAD Azərbaycan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

    9 İyul 2026 21:24

    MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib

    26 İyun 2026 19:14

    Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo

    4 May 2026 16:40

    Bakı Türk dünyasının mühəndislik nəhənglərini bir araya gətirir: Tarixi zirvə başlayır

    30 Aprel 2026 17:31

    Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

    21 Dekabr 2025 12:50

    MÜSİAD Azərbaycan ilə Bilim Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub

    20 Noyabr 2025 21:27

    SDU-da I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib

    13 Noyabr 2025 19:22

    MÜSİAD-dan vergi güzəştləri ilə bağlı təkliflər

    7 Noyabr 2025 17:25

    İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb

    30 Oktyabr 2025 22:10

    Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 Bakıda keçiriləcək

    30 Oktyabr 2025 16:51

    MÜSİAD Azərbaycan üzvləri arasında futbol turnirinin final mərhələsi keçirilib

    20 Oktyabr 2025 11:30

    MÜSİAD Azərbaycan bir sıra mühüm tədbirlərin təşkilatçısı və tərəfdaşı olacaq

    17 Oktyabr 2025 15:55
    XƏBƏR LENTİ

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu İlamda əməliyyat keçirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.