Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    DİM qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək

    15 Yanvar 2024 15:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    DİM qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Dövlət İmtahan Mərkəzi fevralın 18-də qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək

    DİM-dən AzerPress-ə verilən xəbərə görə, sınaq imtahanında iştirakçılara 2024-cü ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq

    I qrupII qrupIII qrupIV qrup
    RK altqrupuRİ altqrupuRiyaziyyatDT altqrupuTC altqrupuBiologiya
    RiyaziyyatAzərbaycan (rus) dili
    FizikaCoğrafiyaTarixKimya
    KimyaİnformatikaTarixƏdəbiyyatCoğrafiyaFizika

    I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə imtahanda iştirak etmək istədiklərini qeyd edənlər isə fevralın 11-də altqruplara müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verdikdən sonra fevralın 18-də (I qrup – riyaziyyat, fizika, kimya, III qrup – Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə) imtahan verəcəklər.

    Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2024-cü il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

    Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə formalı tapşırıqlardır.

    İmtahanın müddəti 3 saatdır (informatika və coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saat). Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

    Sınaq imtahanına qeydiyyat 30 yanvar saat 12:00-dək aparılacaq.

    İmtahanlar fevralın 18-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 11-də keçiriləcək informatika və coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçiriləcək.

    Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə müvafiq olaraq informatika və coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.

    Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

    Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

    İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

    DİM qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək
    #Dövlət İmtahan Mərkəzi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    2 Sentyabr 2026 21:05

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

    2 Sentyabr 2026 16:35

    "Absher" və "Maidan Companion" - Səudiyyə Ərəbistanı təhlükəsizliyin gələcək modelini açıqladı

    2 Sentyabr 2026 14:42

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    2 Sentyabr 2026 14:27

    Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA

    20 İyun 2026 14:09

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşləri davam etdirir

    2 Fevral 2026 17:49

    AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır: 5000 yeni sürücü

    17 Yanvar 2026 15:54

    DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək

    10 Avqust 2025 09:22

    Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

    2 İyul 2024 21:36

    Qəbul imtahanlarının tarixləri yaxın günlərdə açıqlanacaq

    25 Yanvar 2024 14:09

    Azad olunmuş ərazilərdə 3 məktəbdə buraxılış imtahanları keçiriləcək

    25 Yanvar 2024 13:11
    XƏBƏR LENTİ

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    Yəməndə ərzaq böhranı dərinləşir

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.