Bakı,AzerVoice
Ötən gecə Tunisdə Sfaks şəhərinin gəncləri ilə əsasən mərkəzi afrika ölkələrindən olan miqrant dəstələri arasında toqquşma baş verib. AzerVoice xəbər verir ki, analoji insident bundan əvvəl də baş verib.Toqquşmalar nəticəsində ölən və yaralananlar yoxdur.
Xatırladaq ki, Tunis də Liviyanın qərbi kimi Afrikadan Avropaya qeyri-qanuni miqrasiya üçün tranzit nöqtəsidir.
Liviyaya gəlincə, ölkənin demək olar ki, bütün cənubuna nəzarət edən şərqinin silahlı qüvvələri mütəmadi olaraq qeyri-qanuni mühacir qaçaqmalçılarına qarşı reydlər keçirir.