Axtarış nəticələri "Hizbullah" (998)

Bazar günü İsrail ordusu cənub və şimal sərhədlərində döyüşlər zamanı qüvvələrini gücləndirmək üçün daha çox dindar olan haredi yəhudilərinə çağırış bildirişləri göndərib. ArabAZ xəbər verir ki, bu, orduda xidmət etməkdən imtina edən israillilər arasında gərginliyi daha da alovlandıra bilər.

Livanın müvəqqəti baş naziri Necip Miqati ölkəsinin prioriteti İsrailin ərazisinə davam edən hücumlarını dayandırmaq və 2006-cı ildə İsrail və Hizbullah arasında müharibəyə son qoyan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsini yerinə yetirməkdir.

Qlobal sənayenin ən böyük şirkətlərindən bəzilərinin böyük investisiyaları sayəsində İsrailin qabaqcıl texnologiya sektoru dünyanın ən yaxşıları arasındadır. Yüksək səviyyəli şirkətləri cəlb etmək üçün diqqətlə hazırlanmış planlar, İsrailə texnologiya sahəsindəki yüksəkdə öz yerini qazanmağa kömək etdi.

İsrail ordusu, Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Dahiye bölgəsinə gecə boyu genişmiqyaslı hava hücumları həyata keçirib. İsrail hərbi təyyarələri Qubeyri, Kəfaat, Seyyid Hadi Şosesi, Müctəba, köhnə hava limanı yolu, Tehvita əl-Qədir, Ruveys, Harik və Muraycih bölgələrini bombalayıb.

Hizbullahın baş katibi Naim Qasim bu gün, çərşənbə günü, partiyanın sələfi Həsən Nəsrullahın hazırladığı müharibə planını həyata keçirməyə davam edəcəyini təsdiqləyib.

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə əyalətinə hava basqın zamanı, Livandakı Hizbullah qruplaşmasına bağlı elit bir diviziya olan “Radvan Qüvvələrinin” müavini Mustafa Əhməd Şehadeni öldürüldüyünü elan edib.