2021-ci ilin oktyabrında seçilən hazırkı parlament, həm qanunvericilik, həm də hökumət üzərində nəzarət sahəsində səmərəsiz fəaliyyəti ilə yadda qalıb. Deputatlar əsas diqqəti ölkə problemlərinin həllinə deyil, hakimiyyət ortaqları arasında siyasi sövdələşmələr və qarşılıqlı razılaşmaların təmin edilməsinə yönəldiblər.
Hesabatlar
60 illik milli hərəkət olan “HƏMAS”—ın bütün təcrübə, fədakarlıq və qəhrəmanlıqlarına baxmayaraq-öz siyasi və mübarizə seçimlərini heç vaxt ciddi şəkildə nəzərdən keçirməyib.Ptoblem onda olub ki, onlar müqaviməti bütövlükdə tənqid etməkdən yayınaraq həqiqəti gizlədiblər: Müqavimət özü qanunsuz deyil - bu, işğala qarşı ədalətli reaksiya və insanlıq halıdır. Tənqid isə konkret bir strateji seçimə yönəlməlidir.
Məlumata görə, Peres 1937-ci ildə - yəni İsrail dövlətinin 1948-ci ildə yaradılmasından on bir il əvvəl - Fələstin vətəndaşlığı üçün ərizə təqdim edib. O, həmin vaxt Britaniya mandatı altındakı Fələstinə mühacir kimi gəlmiş və kənd təsərrüfatı sahəsində çalışan bir fəhlə idi.
HƏMAS-ın həyata keçirdiyi edam dalğasının fonunda, Qəzzanın cənubunda, Xан Yunus ərazisində İsrail dəstəyi ilə fəaliyyət göstərən silahlı qruplaşmanın komandiri Hüsam əl-Əstəl dünyanı Qəzza sakinlərini HƏMAS-dan “müdafiə” etməyə çağırıb.
İsrailin iki il davam edən Qəzza müharibəsi (2023-2025) ərzində “HƏMAS” hərəkatı yalnız xarici deyil, həm də daxili təhdidlərlə üzləşdi. Müharibə dövründə bir sıra qəbilə və silahlı dəstələr meydana çıxaraq bölgədə təhlükəsizlik boşluğu yaratmağa cəhd göstərdi. Atəşkəsin qüvvəyə minməsindən bir neçə gün öncə “HƏMAS” Xan Yunis şəhərinin cənubunda yerləşən Məcaidə qəbiləsinin silahlıları ilə ən böyük toqquşmasına girdi. Müharibə bitdikdən dərhal sonra isə hərəkat Dəğmiş qəbiləsi ilə daha geniş döyüşlər apardı və İsrailin himayəsində fəaliyyət göstərən silahlı qrupları izləməyə başladı.
Rusiya və Suriya tərəflərinin, Bəşər Əsəd rejiminin devrilməsindən sonra, qarşılıqlı münasibətləri yeni əsaslar üzərində qurmağa hazır olduqlarını göstərən müsbət siqnallar ardıcıl şəkildə gəlməkdədir. Son aylarda diplomatik, iqtisadi və hərbi sahələrdə nəzərəçarpacaq canlanma müşahidə olunub; bu proses görüşlər, səfərlər və həvəsləndirici bəyanatlarla müşayiət edilir. Ərəb-Rusiya sammitinin bu ayın ortalarına planlaşdırılmış iclasının təxirə salınması fonunda, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən cümə axşamı televiziya müsahibəsində bildirdi ki, Moskva Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, lakin eyni zamanda ayrılma meyillərinin doğura biləcəyi ciddi təhlükələr barədə xəbərdarlıq edir.
Sabiq Suriya prezidenti Bəşşar Əsədin hökuməti iki il ərzində minlərlə cəsədi gizli şəkildə bir kütləvi məzarlıqdən başqa bir uzaq səhralıq əraziyə köçürüb. Məqsəd - illərlə davam edən qətliamların izlərini ört-basdır etmək olub.2019–2021-ci illər arasında “Torpağın daşınması əməliyyatı” adlandırılan bu proses zamanı Dəməşq yaxınlığındakı Qətifə bölgəsində yerləşən kütləvi məzarlıqdan cəsədlər Zəmir səhrasında yaradılmış yeni gizli məzarlığa daşınıb
İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.
İsrail rəsmiləri, “HƏMAS”ın yalnız dörd nəfərin cəsədini təhvil verməsindən sonra “dərin şok və məyusluq” ifadə ediblər. Bu, İsrailin gözlədiyindən xeyli azdır və Təl-Əviv bu addımı razılaşmanın pozulması kimi qiymətləndirib.
Suriya xarici işlər naziri Əsəd Şeybani rəsmi səfərlə Beyruta səfər edib. O, Livana Rafiq Hariri Beynəlxalq Hava Limanından daxil olmağı seçərək “yeni Suriyanın” Livan dövlətinə, onun suverenliyinə və müstəqilliyinə hörmətini bir daha nümayiş etdirmək istəyib. Livanda hər detalın - gəliş anından gedişə qədər - simvolik mənası var.
ABŞ tərəfindən tətbiq edilən son sanksiyalar paketi İraq siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Xüsusilə “Həşd əş-Şaabi” Təşkilatının iqtisadi qolu sayılan “əl-Mühəndis” Dövlət Şirkətinin sanksiya siyahısına salınması, ölkənin əsas şiə siyasi güclərindən biri olan Koordinasiya Çərçivəsi qüvvələrinin ciddi narazılığına gətirib çıxarıb. Bu qüvvələr Vaşinqtonun addımını İraqın suverenliyinə və milli institutlarına birbaşa müdaxilə kimi qiymətləndirirlər.
Türkiyə və Suriya arasında xarici işlər, müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə terrorla mübarizə, sərhəd təhlükəsizliyi və Suriyadakı vəziyyət mövzularında mühüm görüş keçirilib. Görüş bazar günü Ankarada, Türkiyə Xarici İşlər Nazirliyində baş tutub.