Siyasət

Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib. Sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə ərzində paylaşılmış rəsmi məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Videoçarxda Silahlı Qüvvələrin fəaliyyəti və baş verən əsas hadisələr əksini tapıb. Materialda görülən işlər və həyata keçirilən tədbirlər ümumiləşdirilib. İcmal videoçarxı Müdafiə Nazirliyinin rəsmi informasiya resurslarında təqdim olunub.

10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın məqsədi Somalinin “Somalilənd” bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.