Bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə təxliyyə olunub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyyəsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
Siyasət
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
Şahin Mustafayev İran tərəfinə başsağlığı verib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Od çərşənbəsi ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Od çərşənbəniz mübarək!"
Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib. “Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu o deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu, böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam, ona görə də əminəm ki, biz bir yerdəyik, Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik”, - deyə o əlavə edib.
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi və təchizatın şaxələndirilməsi səylərində həlledici rolunu davam etdirir və bölgədə enerji sistemlərinin dayanıqlılığının gücləndirilməsinə əhəmiyyətli töhfə verir.
Baş nazir Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub.
Seymur Fətəliyev, Azərbaycanın Meksikadakı səfiri, Panama Respublikasının xarici işlər naziri Xavyer Eduardo Martinez-Aça Vazkes ilə işgüzar görüş keçirib. 27 fevral tarixində Mexiko şəhərində, Panamanın Meksikadakı Səfirliyi tərəfindən təşkil edilmiş görüşdə Panamada akkreditə olunmuş səfirlər də iştirak ediblər. Görüş zamanı Azərbaycan-Panama münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub.
Sofi Laqut Fransa vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Azərbaycana minnətdarlığını bildirib.
2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub.
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.