Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlıq məsələləri müzakirə edildi

    15 Yanvar 2026 18:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlıq məsələləri müzakirə edildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yanvarın 15-də Nazirlər Kabinetində “İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib.

    Bu barədə AzerVoice-a Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 sentyabr tarixli 711 nömrəli Sərəncamı ilə yaradılmış İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının təşkili ilə bağlı Təşkilat Komitəsinin qarşısında duran əsas vəzifələri qeyd edib, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının 16–19 iyun tarixlərində Bakı şəhərində keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

    İclasda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının təşkili üzrə görülmüş işlər və cari hazırlıq vəziyyəti, ilk növbədə görülməli işlər, onların icra qrafiki və xüsusi diqqət tələb edən məsələlər, İllik Toplantıların keçiliməsinə dair Tədbirlər Planının layihəsi və gündəlikdə duran digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunub.

    57 üzv ölkəsi olan İslam İnkişaf Bankı 1973-cü ildə yaradılıb. Bankın baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir.

    Qeyd edək ki, Azərbaycan Respublikası 1992-ci ildən Bankın üzvüdür.

    #Nazirlər Kabineti #Samir Şərifov #Ciddə #Səudiyyə Ərəbistanı Krallığı #İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi #İslam İnkişaf Bankı Qrupu #İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    28 Avqust 2026 09:13

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    25 Avqust 2026 13:28

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Ghostly Kisses Səudiyyə Ərəbistanında səhnəyə çıxacaq

    10 Avqust 2026 16:20

    Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək

    31 İyul 2026 18:23

    Səudiyyə boksçuları Ciddədə qələbə qazandı – Yerli idmançılar beynəlxalq gecəyə damğa vurdu

    26 İyul 2026 16:06

    Səudiyyə səhiyyəsində innovasiyalar dövrü davam edir

    19 İyul 2026 09:25

    Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

    13 İyul 2026 18:59

    Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

    10 İyul 2026 17:49

    Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

    1 İyul 2026 17:45

    Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri barədə qaydalar təsdiqlənib

    25 İyun 2026 18:59
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.