Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Milli Məclisin sədri ICESCO-nun baş direktoru ilə görüşüb

    16 Dekabr 2023 13:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Milli Məclisin sədri ICESCO-nun baş direktoru ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerPress-ə verilən xəbərə görə, Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən Sahibə Qafarova, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi sahəsində böyük səylər göstərən mühüm təşkilatlardan olan ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. Spiker deyib ki, Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsi zamanı ICESCO-nun ölkəmizin haqq işini dəstəkləyən bəyanatlar verməsi və müharibə başa çatdırdan sonra bölgəyə ilk texniki heyət göndərən beynəlxalq təşkilat olması Azərbaycanda yüksək qiymətləndirilir.

    Milli Məclisin sədri sivilizasiyalararası dialoqun təşviqi, təhsil və digər sahələrdə gördüyü işlərə görə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülmüş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi qeyd edib.

    Görüşdə Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyin və qarşılıqlı hörmətin möhkəmləndirilməsi istiqamətində davamlı səyləri barədə danışılıb. “Bakı prosesi” çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub, qurumun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı rolunda çıxış etməsi yüksək dəyərləndirilib.

    Azərbaycan ilə ICESCO arasında keçən il imzalanmış Fəaliyyət Planının əhəmiyyəti barədə danışan Milli Məclisin sədri bildirib ki, ölkəmiz gənclər, təhsil, mədəni irsin qorunması və bərpası kimi mühüm sahələrdə təşkilatla əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Təşkilatın Bakı şəhərində Regional Ofisinin fəaliyyətə başlaması ilə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.

    Milli Məclisin sədri Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasından dərin məmnunluğunu ifadə edərək, bunun Şuşanın İslam sivilizasiyasının mərkəzlərindən biri kimi əhəmiyyətini nümayiş etdirmək üçün yaxşı fürsət olacağını bildirilib.

    Söhbət zamanı parlamentlərin ICESCO ilə elm, təhsil, mədəniyyət sahələrində gələcək əməkdaşlıq perspektivlərinə toxunulub. Bu çərçivədə Milli Məclisin sədri ICESCO və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

    ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, ötən illərdə Azərbaycana səfərləri çərçivəsində ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, imzalanmış Fəaliyyət Planının ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini bildirib.

    Baş direktor Heydər Əliyev Fondunun İslam dünyasında təhsil, elm, mədəniyyət sahələrində gördüyü işləri yüksək qiymətləndirib. O, Azərbaycanın ianə ayırmasını onun ICESCO-nun işinə dəstəyinin daha bir təzahürü kimi dəyərləndirib. Baş direktor ICESCO-nun işinə verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib.

    Salim bin Məhəmməd əl-Malik Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququ qazanmasına, həmçinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına görə təbriklərini çatdırıb.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

    Milli Məclisin sədri ICESCO-nun baş direktoru ilə görüşüb
    #Milli Məclis #Sahibə Qafarova #ISESCO
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

    31 İyul 2026 20:23

    Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

    29 İyul 2026 18:39

    Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb

    29 İyul 2026 15:40

    Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib

    24 İyul 2026 17:07

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

    13 İyul 2026 22:06

    Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

    13 İyul 2026 19:42

    Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

    13 İyul 2026 18:19

    Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

    10 İyul 2026 18:55

    Sahibə Qafarova "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda çıxış edib

    9 İyul 2026 18:20

    Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

    3 İyul 2026 19:50
    XƏBƏR LENTİ

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.