Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir

    26 İyun 2025 10:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Xankəndi. AzerVoice

    Xankəndi şəhərində 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir. Qürurlu anlarla yadda qalan yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzerVoice-ə verilən məlumata görə, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edir.

    Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədaları yerli sakinlərinə və şəhərin qonaqlarına xoş ovqat bəxş edib və böyük maraqla dinlənilir. Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanır. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatacaq.

    Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarının azad olunması ilə nəticələnən bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxs şəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.

    Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Bu əməliyyat təxminən 23 saat davam edib və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnib

    Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir
    Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir
    Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir
    Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir
    #Xankəndi #Azərbaycan Silahlı Qüvvələr Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

    3 İyul 2026 20:43

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

    29 İyun 2026 21:13

    Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev

    1 May 2026 20:49

    Azərbaycan unikal bərpa və quruculuq modelini təqdim edir - Hikmət Hacıyev

    1 May 2026 20:36

    4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev

    1 May 2026 20:25

    İşğal dövründə qanunsuz tikililərlə bağlı şəhərsalma planına uyğun olaraq müəyyən addımlar atılır - Hikmət Hacıyev

    1 May 2026 20:12

    Qafqazda yeni status-kvo formalaşır - Hikmət Hacıyev

    1 May 2026 16:50

    Bütün tərəfdaşları regionda sülh gündəliyinə dəstək olmağa çağırırıq - Hikmət Hacıyev

    1 May 2026 16:45

    Xankəndini daha yaxından tanımaq istəyirik -NomadMania-nın təsisçisi

    25 Mart 2026 19:46

    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

    24 Fevral 2026 12:19

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

    8 Fevral 2026 10:25

    Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirilir

    3 Fevral 2026 11:57
    XƏBƏR LENTİ

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.