Bakı. AzerVoice :
Bu gün iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq və iqtisadi sahədə əməkdaşlığı müzakirə etdik.
AzerVoice xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, çoxtərəfli platformalarda iki ölkə arasında səmərəli əməkdaşlıq mövcuddur.