Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri Ermənistanla münasibətlərin normallaşdırılması prosesi barədə məlumatlandırılıblar

    22 Oktyabr 2024 21:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri Ermənistanla münasibətlərin normallaşdırılması prosesi barədə məlumatlandırılıblar
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə birgə İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri ilə görüş keçirib.

    AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüşdə ölkəmizin qardaş və dost müsəlman ölkələri ilə əlaqələrinin daha da genişlənməsinin əhəmiyyəti, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik prosesi, noyabr ayında keçiriləcək iclasa hazırlıq məsələləri, postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivlərindən, digər regional təhlükəsizlik məsələlərindən ətraflı bəhs olunub.

    Nazir Ceyhun Bayramov çıxışında ölkəmizin qardaş müsəlman ölkələri ilə dərin münasibətlərinin əsas prioritetlərdən olduğunu vurğulayıb. Yaxın Şərqdə genişlənən münaqişənin qəbuledilməzliyi, İsrail-Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və “iki dövlət” prinsipi əsasında həllinin vacibliyi qeyd olunub.

    Ölkəmizin COP29 sədrliyi, əsas baxış və prioritetləri, bir sıra istiqamətlər, xüsusilə, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi, Paris Sazişinin 6-cı maddəsi, adaptasiya, təsirlərin yumşaldılması, İkiillik Şəffaflıq Hesabatları (BTR), Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC), habelə sədrliyin fəaliyyət planı barədə ətraflı məlumat verib.

    Qeyd edilən istiqamətlərdə aparılan danışıqlar prosesində əhəmiyyətli irəliləyişin məmnunluq doğurduğu bildirilib. 11-22 noyabr tarixlərində keçiriləcək konfrans zamanı ümumilikdə müxtəlif aidiyyəti mövzular üzrə 60-a yaxın sənədin qəbulunun planlaşdırıldığı qeyd olunub. Görüşdə iştirak edən dost və qardaş ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edilib.

    Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov ikitərəfli sülh danışıqlarının və prosesinin irəlilədilməsi istiqamətində ən çox səy göstərən tərəf olduğunu diqqətə çatdırıb.

    Nəticə etibarilə, bugünədək sülh prosesində əhəmiyyətli tərəqqi əldə edildiyi, xüsusilə delimitasiya məsələləri ilə bağlı sərhədin müəyyən bölməsi üzrə razılığın əldə olunduğu və sülh müqaviləsi üzrə bir çox müddəaların razılaşdırıldığı bildirilib. Bununla yanaşı, sazişin yerdə qalan müddəaları üzrə Nyu York və İstanbulda ətraflı müzakirələr aparıldığı diqqətə çatdırılıb.

    Bununla belə, Ermənistanın konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn ərazi iddialarının davam etdirilməsinin dayanıqlı sülh quruculuğu istiqamətində səylərə təhdid olduğunu qeyd edib.

    Habelə bölgədə eskalasiyaya səbəb ola biləcək Ermənistanın hərbiləşmə kimi addımlardan çəkinməsinin vacibliyi qeyd olunub.

    Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev İslam həmrəyliyinə verilən əhəmiyyətə diqqət çəkərək, ölkələrimiz arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası daxil olmaqla çoxtərəfli əməkdaşlığa verilən önəmi vurğulayıb.

    COP29 çərçivəsində ölkəmizin hazırlıq işlərindən danışan Hikmət Hacıyev sədrliyimizin “Qlobal Cənub” və “Qlobal Şimal” ölkələri arasında iqlim dəyişikliyi məsələləri üzrə vacib platforma yaratmaq məqsədi daşıdığını bildirib.

    Azərbaycan tərəfindən aparılan genişmiqyaslı işlərin müxtəlif əsassız məsələlərlə hədəf alınmasına cəhd göstərildiyi, qəbuledilməz şəkildə Azərbaycan-Ermənistan normallaşma prosesinin, “Azərbaycanın neft ölkəsi olması” məsələsinin, eləcə də insan hüquqları kimi bəhanələrin COP gündəliyinə daxil edilməsinə çalışıldığı qeyd olunub. Bu yanaşmanın qəbuledilməz olduğu, bu sahələrin ölkəmizin digər platformalarda müzakirəsinə daim hazır olduğu vurğulanıb.

    Azərbaycanın Ermənistanla sülh prosesinə sadiq olduğu, bununla yanaşı Ermənistanın təklif etdiyi yarımçıq sülh sazişinin məqbul olmadığı vurğulanıb. Sülh sazişi üzrə yerdə qalan müddəaların razılaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Bununla yanaşı, bölgədə Ermənistanın hərbiləşməsinin təhdid mənbəyi olduğu qeyd edilib.

    Daha sonra görüş sual-cavab sessiyası ilə davam etdirilib.

    Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri Ermənistanla münasibətlərin normallaşdırılması prosesi barədə məlumatlandırılıblar
    Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri Ermənistanla münasibətlərin normallaşdırılması prosesi barədə məlumatlandırılıblar
    Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri Ermənistanla münasibətlərin normallaşdırılması prosesi barədə məlumatlandırılıblar
    #İslam Əməkdaşlıq Təşkilatı #Azərbaycan XİN #Ceyhun Bayramov #Hikmət Hacıyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    3 Sentyabr 2026 11:39

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    30 Avqust 2026 14:46

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

    25 Avqust 2026 14:53

    Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır - Hikmət Hacıyev

    23 Avqust 2026 14:58

    Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib

    15 Avqust 2026 22:26

    Hikmət Hacıyev Vaşinqton sammitinin ildönümü ilə bağlı paylaşım edib

    8 Avqust 2026 16:51

    Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

    6 Avqust 2026 21:39

    Zelenski Ceyhun Bayramovla Azərbaycan-Ukrayna strateji tərəfdaşlığını müzakirə edib

    6 Avqust 2026 20:38

    Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb

    6 Avqust 2026 20:35
    XƏBƏR LENTİ

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.