Özbəkistan

22-23 yanvar 2026-cı il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın Özbəkistan Respublikasına ilk rəsmi səfəri baş tutub. Səfər Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası arasında güclü və uzunmüddətli tərəfdaşlığın başlanğıcını qoyan əlamətdar və tarixi bir hadisə kimi dəyərləndirilir. Bu, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Görüşündə Özbəkistan Respublikasının Fonda tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı mühüm qərara əsasən atılan addım olub.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Özbəkistan arasında Özbəkistanın dağ-mədən sektorunun inkişafını dəstəkləmək, dayanıqlı artımı təşviq etmək və uzunmüddətli iqtisadi dəyər yaratmaq məqsədilə mühüm anlaşma memorandumu imzalanıb. BƏƏ-nin rəsmi agentliyi WAM-ın verdiyi məlumata görə, sənəd Əbu-Dabidə BƏƏ-nin İnvestisiya naziri Məhəmməd Həsən əs-Suveydi və Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev tərəfindən imzalanıb. Bu razılaşma kəşfiyyat və hasilat işlərindən başlayaraq son məhsulun istehsalına qədər olan bütün dağ-mədən dəyər zənciri boyunca investisiya fəaliyyətlərini əhatə edir.

Bu gün Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyor Saidov arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər Qırğızıstan–Özbəkistan əməkdaşlığının aktual məsələlərini müzakirə edərək, beynəlxalq nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinə, eləcə də Qırğızıstan–Özbəkistan dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin optimallaşdırılmasına yönəlmiş tədbirlərə xüsusi diqqət ayırıblar.

Yanvarın 12-dən 15-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək Türk Həftəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri, beynəlxalq qurumları və diplomatik missiyaları bir araya gətirərək Türk Dünyasının qlobal nüfuzunu nümayiş etdirəcək. Proqram Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisində təşkil olunacaq “İpək Yolunda Türk Dünyası” adlı fotoqrafiya sərgisi başlayacaq. Türk Akademiyası və TDT-nin əməkdaşlığı ilə keçirilən bu sərgi ortaq tarixi mirası və qlobal əlaqələrdəki köklü rolu əks etdirəcək.

ABŞ Dövlət Departamenti Qırğızıstan, Tacikistan və Türkmənistanı turist və işgüzar B1/B2 vizaları üçün məcburi vizə depoziti tətbiq edilən 38 ölkənin siyahısına daxil edib. Yeni qaydalara əsasən, viza üçün müraciət edən şəxslərdən 5 min, 10 min və ya 15 min ABŞ dolları məbləğində depozit tələb oluna bilər. Depozitin məbləği konsulluqda keçirilən müsahibə zamanı fərdi qaydada müəyyən edilir.

Özbəkistan və Türkiyə Özbəkistan bazarında türk investisiyaları və kapital iştirakını artırmaq imkanlarını müzakirə ediblər. Bu barədə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat verib. Məsələ Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin nümayəndələri, Özbəkistanın Türkiyədəki səfirliyinin rəsmi şəxsləri və Özbəkistanda fəaliyyət göstərən türk işgüzar dairələrinin nümayəndələri arasında keçirilən görüş zamanı qaldırılıb.

Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın əsas enerji tandeminə çevrilmək üçün daha bir inamlı addım atır. Qlobal oyunçuların artan marağı fonunda iki ölkə getdikcə daha qətiyyətlə öz resurslarına və bir-birinə güvənərək regional gündəmi öz maraqlarına uyğun formalaşdırırlar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxınlarda Daşkəndə səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığı yeni nəfəs aldı.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistana səfər edən Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ali səviyyədə əldə olunmuş razılaşmaların icrası müzakirə olunub.