Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Antarktidada belə mikroplastik var - ekosistem təhlükə altındadır

    13 İyul 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Antarktidada belə mikroplastik var - ekosistem təhlükə altındadır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Antarktidada mikroplastik izləri tapıldı – Təmiz bölgələr belə təhlükədədir.

    AzerVoice xəbər verir ki, Britaniyalı qütb tədqiqatçısı Alan Chambers-in Antarktidada topladığı qar nümunələrində mikroplastik izləri aşkarlanıb.

    Kolumbiya Universiteti ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırma insan təsirindən uzaq ərazilərdə belə plastik çirklənmənin yayılma miqyasını ortaya qoyur.

    Keçmiş Kral Dəniz Piyadası olan Chambers, 1150 kilometr məsafəni mənfi 35 dərəcəyə çatan çətin hava şəraitində qət edərək qar və buz nümunələri toplayıb. Onun rəhbərlik etdiyi “Mission Spiritus” adlı elmi ekspedisiya çərçivəsində toplanan nümunələrin təhlili nəticəsində Antarktidanın mərkəzindən götürülən qar qatında plastik və qara karbon hissəcikləri tapılıb.

    Mikroplastiklərin 5 millimetrdən, nanoplastiklərin isə 1 mikrometrdən kiçik olduğu bildirilir. Bu maddələr görünməz olsa da, ekosistem və canlı orqanizmlər üçün ciddi təhlükə yaradır. Kolumbiya Universitetindən Prof. Maureen Raymo bu cür uzaq bölgələrdən nümunə əldə etməyin elmi baxımdan nadir fürsət olduğunu qeyd edib.

    Alan Chambers artıq dünyanın digər nöqtələrindən də – Ərəbistan yarımadasındakı Rubul Xali səhrasından, Farer adalarından və növbəti dayanacağı olan Çilidəki Atakama səhrasından nümunələr toplamağa başlayıb. Layihənin məqsədi plastik çirklənmənin miqyasını göstərməklə yanaşı, ictimai məlumatlılığı artırmaq və təkrar emal texnologiyalarının inkişafına töhfə verməkdir.

    Qeyd edək ki, son elmi araşdırmalar insan beynindəki mikroplastik miqdarının son on ildə 50 faiz artdığını göstərir. Bu, qlobal çirklənmənin görünməyən, lakin təhlükəli miqyasını ortaya qoyur.

    #Antarktida #mikroplastiklər #Antarktida və Arktika buzlaqları #Su çirklənməsi #mikroplastik çirklənmə #okeanda mikroplastiklər #plastiklərin ekosistemə təsiri #ekosistemə təhlükə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Ozon dəliyinin kəşfi elan edildi

    16 May 2026 02:00

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Bu gün Antarktida silahsız qitə elan edildi

    1 Dekabr 2025 00:10

    Plastik Çirklənmənin İnsan Sağlamlığına Təsiri Araşdırılıb

    9 Avqust 2025 10:28

    Antarktidanın Ən Qədim Buzu Əriyir

    26 İyul 2025 14:10

    Tramp timsahların mühafizəsində miqrant həbsxanası planlaşdırır

    1 İyul 2025 16:19

    Şüşə butulkalarda mikroplastik miqdarı narahatedici səviyyədədir

    29 İyun 2025 16:00

    BMT konfransında plastik çirklənməyə qarşı hüquqi razılaşma tələb olunub

    11 İyun 2025 16:35

    Alimlərdən xəbərdarlıq - Buzlaqların əriməsi qaçılmazdır

    8 İyun 2025 17:00

    Müharibə və mikroplastiklər ekosistemi təhdid edir

    25 May 2025 14:00

    Mikroplastiklər okeanı və insan sağlamlığını təhdid edir

    10 May 2025 18:00

    Çilidə baş verən zəlzələ sonrası tsunami təhlükəsinə görə təxliyə elan edilib

    2 May 2025 18:40
    XƏBƏR LENTİ

    İraq baş naziri kürd bölgəsində neft şirkətlərinin fəaliyyətinin bərpasını əmr edib

    Azərbaycan repinin şeyxi - Xpert-in yaradıcılıq yolu

    Tramp Netanyahuya Beyrut hədələrinə görə irad tutub

    Netanyahu İranın vəziyyətini necə təsvir edib?

    Rubio Livan-İsrail görüşünü sülh üçün əhəmiyyətli hesab edir

    Livanda martın 2-dən bəri ölənlərin sayı 3 500-i ötüb

    Türk dünyasında iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi mövzusu müzakirə olunub

    Hakan Fidan İndoneziya prezidenti ilə görüşüb

    Brent nefti bir barrel üçün 97,41 dollara çatdı

    Suverenliyin qorunması üçün hansı tədbirlər görülür?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.